Həkim uroloq-androloq ZİYAD ƏLİYEV

  • az

(050) 571 49 51 (055) 571 49 51

Xroniki prostatit

Xroniki prostatit haqqında heç yerdə eşitmədikləriniz.

Xroniki prostatit nədir sualına cavab tapmaq üçün əlbəttə ki, prostat nədir sualını özünüz üçün aydınlaşdırmanız gərəkdir. Prostatit dedikdə prostat vəzin iltihabı nəzərdə tutulur. Prostat vəzinin iltihabı iki formada təzahür edə bilər. Əlamətlərin kəskinlik dərəcəsinə görə bunlardan biri kəskin, digəri isə xroniki prostatit adlandırılır. Kəskin prostatit prostat vəzin irinli iltihabı xəstəliyidir. Bütün digər kəskin iltihabı xəstəliklər kimi qızdırma ( hərarətin yüksəlməsi ), üşütmə, ümumi halsızlıq kimi əlamətlərlə özünü göstərir. O cümlədən sidik ifrazının ağrılı olması və çətinləşməsi, qarının aşağısında, aralıq nahiyyəsində və anus ətrafı sahədə ağrı ilə müşaiyət olunur. Xroniki prostatit olan xəstələrdə isə qızdırma, üşütmə, halsızlıq kimi əlamətlər olmur. Sidik ifrazındakı əlamətlər və ağrının xarakteri daha mülayim olur və cinsi sferada müəyyən dəyişikliklər yaranır. Prostatit olduqda xəstədə əlamətlər çox vaxt mövsümi xarakter daşıyır. Adətən soyuq aylarda daha da kəskinləşir. İsti aylarda isə demək olar ki, əlamətlər çox zəif nəzərə çarpır, yaxud ümümiyyətlə itir.

Xroniki prostatit infeksion və qeyri – infeksion olmaqla iki qrupa bölünür.

 

  • infeksion prostatit

    Prostatit nedir, prostatit müalicəsi, prostat problemi, prostat müalicə Bakıda Ziyad Əliyev. Prostat xəstəliyi, prostat dərmanı, prostat üçün dərman.

    prostatvezi.az

  • qeyri – infeksion prostatit

 

İnfeksion prostatitlərdə xəstəliyin törədicisi hər hansı bir bakteriya, virus, cinsi yolla yoluxan xəstəliyin törədicisidir.Məsələn : urogenital xlamidioz, trixomoniaz, ureaplazmoz, mikoplazmoz, qonoreya, kandida albikans göbələyi və.s. Bakerial törədicilərdən ən çox aşkarlanan bağırsaq çöpləri, enterokok, stafilokok – dur. Ona görə də prostat vəzi ilə bağlı şikayətləri olan pasientlər cinsi yolla yoluxan xəstəliklərlə əlaqədar müayinədən keçməlidir.

 

Xroniki prostatit olan xəstələrin müayinəsi.

Bütün digər xəstəliklərdə olduğu kimi, müayinə xəstə ilə söhbətdən başlayır. Bunlara anamnez məlumatları deyilir. Prostatitli xəstələrin əksəriyyətində sidik kanalına bağlı olduğu üçün demək olar ki, bütün xəstələrdə sidik kanalından yaxma analizi sıyrıntı şəklində götürülür. Əgər sidik kanalından axıntı varsa, sıyrıntı yox axıntıdan müayinə götürülür. Götürülmə qaydasının eyni olmasına baxmayaraq analizin olunma metodu fərqli ola bilir. Sidik kanalından sıyrıntı şəklində götürülən müayinə materialı mikroskopik, bakterioloji müayinə və PZR ( polimeraz zəncirvari müayinə ) edilə bilər.

 

Prostatit nedir, prostatit müalicəsi, prostat problemi, prostat müalicə Bakıda Ziyad Əliyev. Prostat xəstəliyi, prostat dərmanı, prostat üçün dərman.

prostatvezi.az

Götürülmüş materialın hansı müayinədən keçirilməsini müalicə həkimi müəyyən edir. Qeyri – infeksion prostatit prostat vəzidə qan dövranı və innervasiya pozğunluğu ( sinir təchizatı pozğunluğu ) olan kişilər üçün daha xarakterdir. Risk qrupuna aiddir:

  • Cinsi həyat yaşamayan.
  • Passiv, azhərəkətli həyat tərzi keçirən
  • siqaret çəkən və digər pis vərdişləri olanlar.
  • Çanaq orqanlarının xəstəlikləri olan və bu orqanlarda cərrahi əməliyyat keçirmişlər.
  • Onurğanın bel – oma – büzdüm hissəsinin müxtəlif xəstəlikləri, travmaları
  • digər xroniki xəstəlikləri ( şəkərli diabet, böyrək çatışmazlığı, qanda xolesterini yüksək olan) olan kişilər.

 

Professor Johansen

Prostatit alayışını izah eləməyə çalışan müxtəlif fikirlər mövcuddur. Bunlardan daha mükəmməl olanını professor Johansen söyləmişdir :

Prostatit nedir, prostatit müalicəsi, prostat problemi, prostat müalicə Bakıda Ziyad Əliyev. Prostat xəstəliyi, prostat dərmanı, prostat üçün dərman.

prostatvezi.az

Prostatit nədir ? –  sualına o belə avab vermişdir. 

“ Özündə prostat vəzin iltihabını və aşağı sidik yollarının əlamətlərini cəmləşdirən hal, prostat vəzin əlamətsiz keçən iltihabı və ya prostat vəzidə heç bir iltihabı proses aşkarlanmadan iltihabı prosesin əlamətlərini cəmləşdirən hal  prostatit adlanır ” .

 

 

 

Aşağı sidik yolları əlamətləri dedikdə, demək olar ki, prostat vəzin bütün xəstəlikləri üçün xarakter olan əlamətlər nəzərdə tutulur.

Prostatit nedir, prostatit müalicəsi, prostat problemi, prostat müalicə Bakıda Ziyad Əliyev. Prostat xəstəliyi, prostat dərmanı, prostat üçün dərman.

prostatvezi.az

  • Tez – tez və az – az sidik ifrazı.
  • Ağrı və yandırma ilə müşaiyət olunan sidik ifrazı.
  • Sidiyin qırıq – qırıq, damcı – damcı gəlməsi.
  • Sidik şırnağının nazikləşməsi, təzyiqinin zəifləməsi, haçalanması, duşdan gəlməni xatırladan səpələnməsi.
  • Gecələr bir neçə dəfə sidik ifrazına durmaq. Sidik ifrazı vaxtının uzanması.
  • Sidik kisəsinin tam boşalmaması hissiyyatı. Yəni, sidik ifrazından sonra sidik kisədə sidik qalması.
  • Bəzən isə sidik ifrazından sonra sidik kisədə sidik qalmır, lakin xəstə ele hiss edir ki, kisədə sidik qaldı.

 

 

Prostatit nedir, prostatit müalicəsi, prostat problemi, prostat müalicə Bakıda Ziyad Əliyev. Prostat xəstəliyi, prostat dərmanı, prostat üçün dərman.

prostatvezi.az

Xroniki prostatit. Əlamətləri

Xroniki prostatitli xəstələrdə kəskin tutmaşəkilli ağrılar olmur. Küt ağrı 40 % – ə qədər hallarda aralıq, 30 – 35 % xayalığa və ya xayalardan birində olur. 5 – 6 % isə cinsi orqana, xüsusən baş hissəsinə ötürülür. 10 – 15 % qarının aşağısına, sidik kisəsinin proyeksiyasına, qasıq nahiyyəsinə ötürülür. 5 – 7 % hallarda isə büzdüm – oturaq nahiyyəsində hiss olunur.

Eyakulyasiyadan ( cinsi aktdan ) sonra ağrının yaranması və ya güclənməsi və s. mümkündür. Erektil disfunksiya ( cinsi zəiflik ) prostatitli xəstələrin əsas şikayətidir.

Xroniki prostatit ilə müraciət edən pasientlərdə üç əsas simptom – triada müşahidə olunur.

erken boşalma, cinsi zeiflik, dr ziyad aliyev bakida

prostatvezi.az

 

1. cinsi ( seksual ) sferada dəyişikliklər – erkən boşlma və erektil disfunksiya.

2. sidik ifrazında dəyişikliklər ( buna dizurik əlamətlər deyilir ).

3. ağrı

prostatit, adenoma, androloq, uroloq Ziyad Aliyev

prostatvezi.az

Cinsi problemlərlə müraciət edən kişilərin əksəriyyətində cinsiyyət sistemi orqanlarının iltihabı xəstəlikləri aşkarlanır. Daha çox isə xroniki prostatit. Bu halda bir şeyi müəyyən etmək çox çətindir. Amma çox vacibdir. Prostatit birinci yaranıb yaxud cinsi zəiflik ?  Yəni ki, prostatit birinci yaranıb və onun nəticəsində erektil disfunksiya ( cinsi zəiflik ) əmələ gəlibmi ? Yaxud da bunlar hər biri ayrı – ayrılıqda iki xəstəlik kimi inkişaf ediblər. Hər iki halda bu xəstəliklər biri digərinin gedişini daha da ağırlaşdırır. Xroniki prostatitli xəstələrdə cinsi sfera əlamətləri müxtəlif xarakterli olur. Məsələn: iltihabı prosesin kəskinliyindən, qonşu orqanlara yayılmasından, hormonal statusdan asılıdır. Həmçinin xəstənin yaşından, yanaşı gedən xəstəliklərin olub – olmamasından və.s.

 

 

Xroniki prostatit olan xəstələrdə cinsi zəiflik üç formada təzahür edir:

  1. Cinsi istəyin ( həvəsin ) azalması.
    xroniki prostatit, mualicesi Bakida -androloq Ziyad dr

    prostatvezi.az

  2. Ereksiya zamanı cinsi orqan rigidliyinin ( sərtliyinin ) zəif olması.
  3. Premator eyakulyasiya ( erkən boşalma ).

Hətta müəyyən edilmişdir ki, xroniki prostatitli kişilərdə bu əlamətlər müəyyən ardıcıllıqla inkişaf edir. Belə ki, əvvəlcə erkən boşalma yaranır. Daha sonra ereksiyanın zəifləməsi baş verir. Ondan da sonra  libido azlığı ( yəni cinsi istəksizlik, həvəssizlik ) yaranır. Prostatitli pasientlərin təqribən 1/3 – də eyakulyasiya zamanı yaxud ondan dərhal sonra ağrı olur. Bu isə o pasientlərdə toxum qabarının da çox ciddi şəkildə iltihabı prosesə məruz qalması ilə əlaqədardır. Toxum qabarı dedikdə sidik kanalının prostat vəzidən keçən hissəsində hər iki toxumdaşıyıcı axacağın parostat vəzidən keçərək sidik kanalına açıldığı hissə nəzərdə tutulur.

Erkən boşalma prostatitli pasientlərin təqribən 30 – 35 % – də rast gəlinən seksual pozğunluqlardan biridir. Məhz bu pasientlərin də uretroskopik müayinəsi zamanı toxum qabarının ciddi iltihabı müəyyən edilmişdir. Uretroskopiya sidik kanalının xüsusi endoskopik kamera ilə videogörüntülü müayinəsidir. Bu haqda saytımızda müvafiq bölmədə ətraflı məlumat verilib. Həmçinin, o pasientlər ki, erkən boşalma ilə müraciət ediblər, onların müayinəsi zamanı təqribən yarısından çoxunda xroniki prostatt diaqnozlaşdırılıb.

 

Xroniki prostatit cinsi zəifliyin əsas səbəbidir.

cinsi zeiflik, Xroniki prostatit nedir? prostatit müalicəsi Bakıda androloq Ziyad Əliyev

prostatvezi.az

Prostatit olan xəstələrdə cinsi əlaqələrin sayı azalır. Müəyyən vaxtdan sonra pasientdə depressiya, cinsi əlaqədən çəkinmə və.s yaranır. Xəstələr özlərini cinsi güc nöqteyi nəzərdən  olduqlarından daha zəif hiss edirlər və ciddi stres yaşayırlar. Əvvəllər epizodik ( hərdən ) müşahidə olunurdusa, xroniki prostatit müalicə olunmadıqda cinsi zəiflik daha dərinləşir, xəstələri daha çox narahat edir və sinir – psixi dəyişikliklərə səbəb olur. Yuxarıda qeyd olunan və xroniki prostatitli pasientlərdə rast gəlinən üç əsas simptomdan ( ağrı, erkən eyakulyasiya, və erektil disfunksiya ) pasientə daha çox psixoloji zərbə vuran erektil disfunksiyadır. Məhz ona görə də tətbiq olunan müasir müalicə protokolları ilkin olaraq pasientin cinsi həyatında pozitiv dəyişikliklərin yaradılmasına, ereksiyasının bərpasına yönəlib.

Xroniki prostatit vaxtında müalicə olunmadıqda prostat vəzidə nə baş verir ? Normal toxuma elementlərinin birləşdirici toxuma ( çapıqla ) ilə əvəz olunması ( fibrozlaşma ) prosesi gedir. Başqa sözlə desək çapıqlaşma prosesi getdiyindən ağrılar və bütün digər əlamətlər daha dayanıqlı xarakter alır.

Bildiyimiz kimi prostat vəzi sperm kütləsinin formalaşmasında da iştirak edir. Ona görə də prostatitli xəstələrin sperm göstəricilərində çox ciddi  dəyişikliklər aşkarlanır. Bir çox hallarda kişi sonsuzluğunun səbəbi olur prostatit olur.

 

Xroniki prostatit – müşahidələr.

prostat iltihabi, androloq ziyad aliyev bakida

prostatvezi.az

Müşahidələr göstərir ki, 20 – 50 yaş arasında olan kişilərin təqribən 35 – 40 % – də klinik əlamətlərin olmasına baxmayaraq bunların yalnız 10 – 12 % – i həkimə müraciət edir. Bunun əsas səbəbi isə əlamətlərin vaxtaşırı olaraq itməsi, sanki xəstədə yalançı sağalma hissiyyatının yaranmasıdır. Bəzən əlamətlərin mövsümi xarakter daşımasıdır.  Ona görə də statistik məlumatlar əslində xroniki prostatitli kişilərin az bir qismini əhatə edir.

Xroniki prostatit kişilərin həyat keyfiyyətinə çox ciddi təsir göstərir. Müasir müalicə prinsipləri və protokollarının tətbiqi ilə prostatitin müalicəsi daha əlçatan olmuşdur. Şəhərdə, az hərəkətli həyat tərzi yaşayan hər bir kişi, ömründə heç olmuya bir dəfə prostat vəzi ilə əlaqədar həkimə müraciət etməli olur. Cavan vaxtı prostatitlə, yaşlaşdıqda isə prostat adenomasına görə.

Xroniki prostatitin səbəbləri:

androloq ziyad aliyev

prostatvezi.az

Prostatit müxtəlif səbəblərdən yarana bilər. Risk qupuna daxildir :

  • tez – tez cinsi partnyorunu dəyişən və cinsi yolla yoluxan xəstəliklərə tutulan.
  • qeyri – requlyar cinsi həyat yaşayan.
  • uzun müddət sidik kanalında kateter qalan ( hər hansı bir əməliyyat və ya prosedura ilə əlaqədar, sidiyə çıxa bilməməkə əlaqədar ).
  • sidik kanalında hər hansı tibbi prosedura, endoskopik cərahi müdaxilə keçirən insanlar.
  • uzun müddətli soyuqdəyməsi olan.
  • az hərəkətli həyat tərzi keçirən insanlar daxildir.
  • şəxsi gigiyenaya riayət etməyən.

 

Prostat vəzin xəstəlikləri niyə görə bu qədər geniş yayılmışdır?

prostatit müalicə uroloq ziyad aliyev

prostatvezi.az

Səbəblər çoxdur, birinci səbəb isə bizim, yəni müasir kişilərin həyat tərzidir. Biz özümüzə yaratdığımız yüksək komfort şəraitə görə sanki prostatitlə cəzalandırılırıq. Son 200 ildə müasir insan fiziki aktivliyinin təqribən 90 % – ni itirib. Əgər yaxın keçmişin kişisi öz işlərinin demək olar ki, hamısını öz fiziki əməyi, əzələ gücü hesabına edirdisə müasir kişi isə əksər vaxtını evdə, işdə, maşında yumşaq kresloda oturmaqla keçirdir. Təbiət də bu cür davranışı sanki bizə bağışlamır və nəticədə bizi prostatitə düçar edir.

 

Xroniki prostatit az hərəkət edən kişilərin xəstəliyidir.

prostatit - mualicesi Bakida -androloq Ziyad dr- prostat vezi kalsinat xroniki prostatit uzman uroloq dr ziyad

prostatvezi.az

Məsələ ondadır ki, canlı toxuma olaraq bütün digər orqanlar kimi, prostat vəzinin də normal qan dövranına, qidalı maddələrə ehtiyacı var. Prostat vəzi insan bədənində çanağın dibində yerləşir, onun qan dövranı bütünlükdə çanaq qan dövranı, bədənin aşağı hissəsinin ( aşağı ətrafların ) qan dövranı ilə əlaqədardır. Müasir kişinin yaşadığı az hərəkətli həyat tərzi isə bunu deməmək olar ki, mümkünsüz edir.

uzman dr ziyad aliyev, uroloq - androloq, xroniki prostatit

prostatvezi.az

Aşağı ətraflardan venoz qanın drenajını çox güclü inkişaf eləmiş venoz sistem ( venalar ) həyata keçirir. Bu venaların daxilində aşağı ətraflar və bədənin aşağı hissəsindən gedən qanın yuxarıya, ürəyə doğru qalxması bir neçə mexanizmlə tənzimlənir. Ürəyin sorucu qüvvəsi, venoz damarların daxilindəki qapaqlar və kiçik venalardan tutmuş magirtral venalara qədər onları mufta şəklində əhatə edən güclü əzələ yatağı ( futulyarı ). Ona görə də venoz qanın normal dövriyyəsi üçün, daha doğrusu orqandan vaxtında uzaqlaşdırılması üçün bu venaların ətrafında yerləşən, onları əhatə edən əzələlərin güclü inkişaf etməsi vacibdir. Məhz bu əzələlərin yığılması nəticəsində venalarda qanın hərəkətinə təkan verilir. Buna venoz – əzələ pompası deyilir. Bu mexanizmin formalaşması üçün isə insanın daima fiziki hərəkətdə olması vacibdir. Görünən isə odur ki, müasir insanın yaşaması üçün əzələ işlədmək, fiziki işlə məşğul olmaq yox, daha çox  baş ( beyin ) işlədmək lazım gəlir və bu isə xaricdən venalara dəstək, komək olan əzələlərin zəifləmisi ilə müşahidə olunur.

Məhz bu səbəbdən də yuxarıda qeyd etdiyimiz venoz – əzələ pompası zəif inkişaf edir və nəticədə də çanaq orqanlarında, harada ki prostat vəzi yerləşir, qan dövranı zəifləyir, durğunluq yaranır. Beləliklə də müasir kişinin prostatı qidalı maddələr və oksigenlə az təchiz olunur.

Az hərəkət etdikdə prostat vəzidə nə baş verir?

prostatit - mualicesi Bakida -androloq Ziyad dr- prostat vezi kalsinat xroniki prostatit uzman uroloq dr ziyad

prostatvezi.az

Prostat vəzin axacaqlarından irin axır

Hər şeydən əvvəl bilmək lazımdır ki, istənilən bir orqandan gedən venoz qanın daşınması ( drenajı ) ləngiyirsə, zəifləyirsə, o orqana gələn arterial qanın sürəti də zəifləyir. Nəticədə həmin orqana qidalı maddələr və oksigen az gəlir və orqan oksigen aclığı, qidalı maddələr aclığı yaşayır.

Beləliklə də normal qidalanmıyan və normal oksigen təchizatı olmuyan orqanda distrofik dəyişikliklər gedir, orqanın immuniteti zəifləyir və beləliklə də aseptik iltihabı proses yaranır. Sağlam prostat vəzin txumasında və şirəsində bir sıra antimikrob təsirli maddələr ( lizosimlər ) var ki, xəstəlik törədici mikroorqanizmlər düşdükdə onları tələf edir. Qan dövranı pozulmuş prostat vəzidə isə bu maddənin sintezi zəifləyir yaxud tam dayanır və prostat vəzin özünü müdafiə qabiliyyəti olmur. Orqanın ( prostat vəzinin ) immuniteti zəiflədikdə isə, istənilən bir bakteriya və ya virus onu xəstələndirə bilir və infeksion prostatit yaranır. Bu halda isə prostat vəzin yerli immuniteti daha da zəifləyir. Proseslərin belə cərəyan etdiyi prostat vəzidə iltihabı proses yarandıqca sərbəst radikallar da artır. ( saytda sərbəst radikallar haqqında əlavə məlumat verilmişdir ).

Sərbəst radikalların təsiri hüceyrə səviyyəsində, daha doğrusu hüceyrəni təşkil edən maddələr səviyyəsindədir. Belə ki, sərbəst radikal adlandırdığımız maddənin hüceyrənin hər hansı bir hissəsini təşkil edən atom və ya molekullarla qarşılıqlı təsiri baş verir. Nəticədə sərbəst radikal özü stabil maddəyə çevrilir, digər maddəni isə sərbəst radikala çevirir. Sərbəst radikala çevrilmiş olan və hüceyrənin hər hansı bir hisssəsini təşkil edən maddə özü sərbəst bir radikal maddə kimi digər maddələrlə reaksiyaya girir və bununla da hüceyrənin məhvinə səbəb olur.

 

 

Niyə görə prostat vəzin xəstəlikləri müalicəyə çətin tabe olur?

Yuxarıda sadalanan anatomik faktorlarla yanaşı, prostat vəzidə iltihabı prosesin proqressivləşməsinə və müalicəyə çətin tabe olmasına şərait yaradan faktorlar mövcuddur.

 

Bildiyimiz kimi prostat vəzi sidik kanalının başlanğıc hissəsini mufta şəklində əhatə edir. İltihablaşma zamanı prostat vəzin ölçüləri böyüyür və bu səbəbdən sidik kanalı daralır və uzanır. Sidik ifrazı zamanı isə sidiyin şırnağının sidik kanalı divarına təzyiqi artır. Prostat vəzin axacaqlarının sidik kanalının prostatdan keçən hissəsinə açıldığı üçün, iltihabı proses olduqda bu axacaqların tonusu zəifləyir və sidik ifrazı zamanı sidiyin prostat axacaqlarından prostatın daxilinə keçmə ehtimalı yüksəlir. Sidiyin aqressiv kimyəvi təsirindən iltihab daha dərinləşir, prostat axacaqlarındakı atoniya artır və təkrarən sidiyin prostat vəzi daxilinə keçməsi asanlaşır. Beləliklə də prostat vəzin iltihabı daha da artır, prostatitin daha gec sağalmasına yaxud sağalmamasına şərait yaranır.

Digər bir faktor prostat vəzi daxilində qan dövranı ilə əlaqədardır. Belə ki, prostat vəzi daxili arteriollar ( kiçik arteral damarlar ) prostatın vəzili hissəsində deyil, onun daha bərk birləşdirici toxumadan ibarət hissəsində (payarası stromada ) qurtarır.  Prostatın böyüməsi ( ödemi ) ilə müşahidə olunan xəstəliklər ( prostatit ) zamanı bu arteriollar sıxılır və prostat vəziyə yetərincə qan daxil ola bilmir. Əksər hallarda prostat vəzi xəstəliklərində iltihab əleyhinə aparılan müalicənin effektsizliyi yaxud az effektli olması da bununla izah edilir. Məhz buna görə də prostat vəzin iltihabını tam ləğv etmək üçün digər fiziki müalicə üsullarından geniş istifadə olunur. Məsələn, prostat masajının müxtəlif növləri ( prostat trenajorlar ), elektrostimulyasiya, lazer, ultrasəs və.s.

Müalicənin effektivliyini təmin etmək üçün xroniki prostatitin yaranmasına şərait yaradan faktorların aradan qaldırılması.

Kompleks müalicə planı ( fizioterapiya metodları da daxil olmaqla ).

Reabilitasiya və aktiv dispanser müşahidə.

 

 

Prostatiti digər xəstəliklərdən fərqləndirmək lazımdır.

prostatit - mualicesi Bakida -androloq Ziyad dr- prostat vezi kalsinat xroniki prostatit uzman uroloq dr ziyad

prostatvezi.az

Prostat vəzin müayinəsi çox bəsid və ağrısız prosedurdur. Xəstə ilə ilkin soğu məlumatlarından başlamış lobarotor, və digər müayinə metodlarının köməkliyi ilə diaqoz formalaşdırılır. Xroniki prostatitin əlamətlərini xatırladan xəstəliklərləri prostatitlə qarışdırmaq olmaz. Bunlara düz bağırsaq çatları,daxili hemorroy düyünləri, düz bağırsağın ltihabı prosesi, paraproktit, sidik kanalının daralmaları ( striktura ), sidik kisəsinin iltihabı, daşı, onurğanın oma-büzdüm hisəsinin xəstəlikləri, sidik kisəsi boynunun sidik ifrazında iştirakını tənzimləyən sinirlərin zədələnməsi, onurğanın, baş beynin travmaları və bir sıra xəstəlikləri ilə əlaqədar sidik ifrazının pozulması ilə müşaiyət olunan hallar aiddir.

Prostat vəzin düz bağırsaqdan barmaqla müayinəsi. Palpator rektal müayinə nədir və onun əhəmiyyəti ?

 

prostat muayinesi, androloq ziyad aliyev

prostatvezi.az

Prostat vəzin düz bağırsaqdan müayinəsi

Prostat vəzin xəstəliklərində ən çox istifadə olunan və yüksək informativliyi olan və ucuz müayinə metodu prostat vəzin düz bağırsaqdan barmaqla müayinəsidir.

Bu zaman biz prostat vəzi haqqında aşağıdakı bilgiləri almış oluruq : -prostat vəzin düz bağırsağa az və ya çox qabarmasını,

  • səthinin hamar yaxud kələ – kötür ( nahamar olmasını )
  • konsistensiyasının bərk və ya yumşaq olmasını
  • düz bağırsaq selikli qişasının prostat vəzi üzərində nə dərəcədə sərbəst olmasını və ya prostat vəziyə fiksə olunmasını
  • ağrılı olub – olmamasını, ağrının daha çox hansı hissədə olmasını

 

 

Xroniki prostatit zamanı USM ( ultrasəs müayinəsi ).

Ultrasəs müayinəsi prostat vəzi toxuması haqqında demək olar ki, həkimə lazım olan bütün göstəriciləri verir. Prosat vəzin ölçüləri, həcmi, prostat toxumasının sərtliyi, konsistensiyası,kista, daşın, adenoma, şişin olması və.s sidik ifrazından sonra kisədə sidik qalmasını müəyyən edir. Prostat vəzin usm – lə müayinəsi həm transabdominal ( yəni usm datçiki xəstənin qarnının aşağı hissəsinə, sidik kisəsi proyeksiyasına qoymaqla ), həm də transrektal icra olunur. Transrektal müayinə dedikdə usm aparatının datçikinin xəstənin düz bağırsağına salınmaqla prostatın müayinəsi başa düşülür. Transabdominal və transrektal müayinə üçün usm aparatın datçikləri fərqlənir. Pasientlər usm müayinəsinə gələrkən sidik kisəsi dolu vəziyyətdə olmaları vacibdir.

 

Prostatitin kompleks müalicəsi

 

Bütün digər xroniki xəstəliklərdə olduğu kimi xroniki prostatitin də müalicəsində kompleks yanaşma və ardıcıllıq prinsiplərinə ciddi əməl olunmalıdır.

prostat vezi haqqida, uroloq - androloq ziyad aliyev

  1. İlk növbədə isə xəstənin həyat, düşüncə tərzini, dəyişməyə cəhd göstərmək, soyuqdəymə, az hərəkətlilik, siqaret və spirtli içkilər, və.s kimi zərərli vərdişlərdən uzaqlaşdırmaq lazımdır.
  2.  Nisbətən requlyar cinsi həyat tərzinə keçməsi. Bunlar isə xətəliyin müalicəsinin daha uğurlu başlanğıcı olmaqla sonradan təyin olunacaq müalicənin effektivliyini təmin edir.

 

Xroniki prostatitli xəstələr nəyə diqqət yetirməlidirlər ?

 

  • nisbətən requlyar cinsi həyat yaşamalı.
  • eyakulyasiya ( boşalma ) anında məcburi şəkildə cinsi aktın uzanmasına çalışmamalı.
  • soyuqdan qorunmalı.
  • soyuq havalarda axşamlar 20 – 30 dəqiqə isti vanna qəbul eləməli.
  • dənizdən yaxud hovuzdan çıxdıqda yaş paltarla gəzməməli, onu dərhal dəyişməli.
  • soyuq beton və ya yerdə oturmamalı.
  • qəbizlik olmamalı.
  • ədviyyatlı, acılı, turşulu yeməklər yeməməli.
  • hərəktsiz oturaq həyatdan uzaq olmalıdırlar.

 

Nəzərə alsaq ki, əgər prostat vəzin çəkisi yetkin insanda 20 – 25 qramdırsa, yetkin insanın çəkisi 70 kq – dır. Ona görə də əgər biz istəyiriksə ki, xroniki prostatit ilə müraciət edən pasienti sağaldaq, bunun üçün mütləq yerli təsir edən fizioterapiya metodlarından və masajdan istifadə eləməklə prostat vəzinin qan dövranını yaxşılaşdırmalı və bununla da prostata gələn qanın miqdarını artırmalıyıq.

 

Xroniki prostatit və prostat masajı.

xroniki prostatit, prostat masaji, uroloq ziyad aliyev baku

prostatvezi.az

Prostat trenajorlar haqqında ayrıca bölmədə ətraflı məlumat verilib.Həmçinin nəzərə almaq lazımdır ki, prostat vəzin axacaqları, hansı ki, sidik kanalına açılır, onların mənfəzi iltihabı möhtəviyyatla və irinlə dolur ( mikroabses ) və axacaqların ağzını tıxac kimi tutur. İltihab əleyhinə təyin olunan dərman preparatları bu mikroabseslərə gəlib çatmır, çünki bu nahiyyələrdə qan dövranı yoxdur. Bu halda həkimin köməyinə prostat trenajorlar adlanan proststik massajorlar gəlir. Əvvəllər çox geniş tətbiq olunan və düz bağırsaqdan edilən prostat masajı çox narahat və diskomfortlu proseduradır. Xəstələrin çoxu ondan imtina edir. Həmçinin prostat masajı çox travmatik proseduradır. Belə halda xroniki prostatit olan xəstələrin köməyinə prostat trenajorlar gəlir. Prostat trenajorlar müxtəlif modifikasiyalarda, müxtəlif formada istehsal olunur və təsir mexanizmləri prostat vəzi toxumasının qan təchizatının normallaşmasına yönəlib. Xəstə trenajorun yəhər hissəsində oturur. Prostat trenajorun pultu xəstəyə verilir və həkimin göstərişlərinə əsasən masajın intensivliyini xəstə özü tənzimləyir.

Xroniki prostatit olan xəstələrin dispanser müalicəsi dedikdə nə nəzərdə tutulur?

  1. Müalicədən sonrakı ilk ayın tamamında təkrar həkim qəbulu
  2. İkinci kontrol vizit birinci müalicədən 3 ay sonra
  3. Üçüncü vizit birinci kurs müalicədən 6 ay sonra
  4. Daha sonra isə ildə iki dəfə həkim uroloqun qəbulunda olmalıdırlar.

 

Xroniki prostatitin fəsadları.

Xroniki prostatit vaxtında müalicə olunmazsa yaxud düzgün müalicə olunmazsa nə ilə nəticələnə bilər?

  • cinsi zəiflik.
  • kişi sonsuzluğu.
  • prostatın adenoması ( hiperplaziyası ).

    cinsi zeiflik, Xroniki prostatit nedir? prostatit müalicəsi Bakıda androloq Ziyad Əliyev

    prostatvezi.az

  • prostat xərçəngi ( prostatitlə prostat xərçəngi arasında birbaşa əlaqə olmasa da, uzun müddət daham edən xroniki iltihabıi fon xərçəg prosesinə başlangıc verə bilər. Xüsusən də prostat xərçənginə irsi meyillik olduqda).
  • prostat vəzin daşları.
  • sidik kisəsi daşları – müalicəsi cərrahi yolladır.
  • uretrada ( sidik kanalında ) daralma ( striktura ) – müalicəsi cərrahi yolladır.

Prostatit prostat xərçənginə yol aça bilərmi ?

Birbaşa deyil, lakin dolayı olaraq xroniki prostatit prostat xərçənginin inkişafı üçün zəmin yarada bilər. Xüsusən də ailəvi olaraq prostat xərçənginə irsi meyillik olan şəxslərdə. Belə irsi meyillik olan insanlarda xroniki prostatit təsbit edildikdən sonra ildə iki dəfə qanda PSA ( prostatspesifik antigen ) yoxlanması məsləhət olunur. PSA – nın iki fraksiyası müəyyən edilmişdir. Ümumi PSA və sərbəst PSA. Xərçəngin daha ilkin mərhələdə təyin edilməsində və orta yaşama müddətinin uzadılmasında  PSA müayinəsinin dinamik olaraq ildə iki dəfə yoxlanmasının mühüm əhəmiyyəti var.

PSA haqqında əlavə məlumat xüsusi bölmədə verilmişdir. https://androloq.az/uslugi/psa/

 

Xroniki prostatit və urologiyanın digər aktual mövzuları haqqında daha ətraflı məlumat aşağıdakı saytlarda :

https://androloq.az

 

https://prostatvezi.az/

 

https://varikosele.az

 

https://boyrekdasi.az/

 

#Xroniki prostatit #prostatitbaku #uroloqbaku

QƏBULA YAZIL

İşarəni götür*

Sosial şəbəkələrdə paylaş