Həkim uroloq-androloq ZİYAD ƏLİYEV

  • az

(050) 571 49 51 (055) 571 49 51

Prostat adenoması

Prostat adenoması yaxud prostat vəzin adenoması.

Prostatın adenoması, prostat müalicə, uroloq, androloq Ziyad Əliyev Bakıda

prostatvezi.az

Prostat vəzi sidik kisənin altında, düz bağırsağın ön hissəsində yerləşir. Onun mərkəzindən sidik kanalı keçir. Başqa sözlə desək sidik kanalının başlanğıc hissəsi prostat vəzidən keçir. Prostat vəzi isə sidik kanalının başlanğıc hissəsini mufta şəklində əhatə edir. Bunu almanın lətli hissəsi və çəyirdəyi ilə müqayisə etmək olar. Belə ki, əgər almanın çəyirdəyini sidik kanalı olaraq təsəvvür etsək, onun lətli ( yeməli ) hissəsini prostat vəzi hesab edə bilərik.

Prostat vəzi sidik – cinsiyyət orqanları arasında sanki, körpü rolunu oynayır. Belə ki, həm sidik ifrazında iştirak edir, həmçinin də kişinin cinsi sağlamlığında rolu vardır. Məsələn kişi cinsiyyət hormonu olan və xayalarda hazırlanan testosteron məhz prostat vəzi toxumasında daha ciddi androgen aktivliyi olan maddəyə,  dehidrotestosterona çevrilir.

 

 

Bəs prostat vəzin adenoması nədir ?

Prostat vəzin adenoması daha çox histoloji bir diaqnozdur. Yəni əməliyyat yaxud biopsiya nəticəsində çıxarılmış ( götürülmüş ) kütlə histoloji müayinə olunduuqdan sonra onun adenoma olub – olmaması bilinir. Ona görə də müasir elmi ədəbiyyatlarda ilkin diaqnoz olaraq prostat vəzin adenoması deyil, prostat vəzin xoşxassəli hiperplaziyası kimi yazılması tövsiyyə edilir.

uroloq Ziyad aliyev, xoşxassəli hiperplaziya

prostatvezi.az

Prostat vəzin xoşxassəli hiperplaziyası yaxud prostat adenoması yaşlanmaqla əlaqədar bütün digər orqan və toxumalarda olduğu kimi prostat vəzin toxumasında da gedən bir dəyişiklikdir. Bu dəyişiklik çox hallarda vəzin həcminin böyüməsi ki, təzahür edir. Daha doğrusu sidik ifrazındakı dəyişikliklərlə əlaqədar olaraq bizə müraciət edən kişilərin müayinəsi zamanı prostat vəzin həcmində dəyişiklik olduğu məlum olur. Prostat vəzi formasına görə zirvəsi aşağıya doğru olan şabalıdı, yaxud zirvəzi aşağıya baxan kümbəzi xatırladır.

Prostat vəzinin üç  ölçüsü müəyyən edilir. Ön – arxa, yuxarı – aşağı və köndələn ölçüsü. Vəzin yuxarı – aşağı ölçüsü böyüdükcə sidik kanalının prostatdan keçən hissəsi uzanır. Ön – arxa və köndələn ölçüsü böyüdükcə isə sidik sıxılır, daralır. Deməli bütün bu ölçülərin böyüməsi ümumilikdə prostat vəzin həcminin böyüməsinə səbəb olmaqla yanaşı həm dəsidik kanalının prostat vəzidən keçən hissəsinin daralmasına, uzanmasına gətirib çıxardır.

 

Prostat adenoması vəzinin hansı hissəsindən inkişaf edir?

Anatomik olaraq prostat vəzi zonalara bölünür. Mərkəzi, periferik, parauretral və tranzitor ( keçid  ) zona. Şəkildə bunu təsvir etməyə çalışacam əlbəttə ki. Məlum olmuşdur ki, prostat adenoması parauretral zonadan inkişaf edir. Parauretral zona sidik kanalına və sidik kisəyə ən yaxın zonadır. Bu zonanı təşkil edən hüceyrələr 40 yaşdan sonra daha sürətlə artıb çoxalır. Nəticədə prostat vəzinin digər hissələrini sanki kənarlara sıxışdırır. Parauretral toxumanın həcmi artır, böyüyür. Əmələ gələn toxuma prostat vəzinin normal toxumasından kəskin fərqlənir və normal toxuma ilə kəskin sərhəddə malikdir. Bu sərhəd cərrahi kapsula adlanır.

Açıq prostat adenoması əməliyyatı zamanı cərrah əlini sidik kisəyə salıb böyümüş prostat vəzini, daha doğrusu prostatdan inkişaf edən adenoma düyüyünü asanlıqla hiss edir. O düyüyün oradan xaric olunması isə çox vaxt heç bir çətinlik törədmir. Çünki, yuxarıda qeyd etdiyim kimi cərrahi əməliyyat zamanı cərrah ikinci barmağını sidik kanalının başlangıc hissəsinə gəzdirməklə düyünün sağlam toxumadan ayıran sərhədi asan müəyyən edir. Bu sərhəd boyuncə azacıq güc tətbiq etməklə adenoma düyünü cərrahi kapsula sərhədində soyulub çıxır. Buna düyünü enukleasiyası deyilir.

Doğrudur, son 10 ildən artıqdır ki, prostat adenoması ilə əlaqədar aparılan əməliyyatlar demək olar ki, tam qapalı aparılır. Çox nadir hallar istisna olmaqla. Qapalı prostat əməliyyatı TUR əməliyyatı adlanır. Buna TUR prostat əməliyyatı da deyilir.

Prostat adenoması əlamətləri kimlərdə ola bilir?

Prostat adenoması əsasən 40 yaşdan sonra əmələ gəlir. Adenomaya xas şikayətlər isə 50 yaşdan sonra daha aydın hiss olunur. Prostat adenomasına aid şikayətlər vaxtında qarşısı alınmadıqda çox ciddi fəsadlara yol aça bilir. Bunlarda ən ciddisi böyrək çatışmazlığıdır. Bu barədə daha ətraflı digər məqalələrdə yazmışam.

 

Prostat vəzinin adenoması olan xəstələrin şikayətlərinə aşağıdakılar aiddir: Prostat adenomasının əlamətləri.

  • Tez – tez sidik ifrazına çağırış, hər dəfədə xaric olan sidiyin miqdarının azalması.
  • Gecələr bir neçə dəfə sidik ifrazına durmaq.

    Prostat vəzin adenoması müalicə, uroloq, androloq Ziyad Əliyev Bakıdaiperplaziyası

    prostatvezi.az

  • Sidik şırnağının ( təzyiqinin ) zəifləməsi. Bu zaman sidik ifrazı vaxtı uzanır.
  • Xəstələrin dediklərinə görə : Çağırışla əlaqədar ayaqyoluna gedir. Lakin orada sidik ifrazına başlamaq üçün gözləməli olur. Sanki, sidik kisə toparlanaraq sidiyi qovmaq haqqında düşünür.
  • Sidik kisənin tam boşalmaması hissiyyatı. Yəni sidik ifraından sonra sidik kisədə sidik qalır. Buna qalıq sidik yaxud xroniki sidik ləngiməsi deyilir.
  • Kəskin sidik ləngiməsi. Sidik kisə dolu olduğu halda sidik ifrazının mümkün olmadığı hal kəskin sidik ləngiməsi adlanır.
  • Paradoksal işuriya. Bu hal sidik kisə dolu olduğu halda sidiyin az – az porsiyalarla yaxud damcı – damcı xaric olmasıdır.
  • Sidikdə qan olması.
  • Sidik kanalı boyunca ağrı, diskomfortun olması. Bəzən ağrı cinsi orqanın başına qədər ötürülür.

 

Prostat adenomasının gedişində 3 mərhələ yaxud stadiya ayırd edilir. 1 – ci dərəcə yaxud kompensasiya :

Sidik ifrazı dinamikası mülayim dərəcədə dəyişir. Sidik ifrazına daha tez – tez gedir, həmişəki kimi rahat olmur. Gecə 1 – 2 dəfə sidik ifrazına durur. Adeten xəstələr bunu yaşlanma ilə əlaqədar olaraq yaranan bir hal kimi qəbul edir və bu halla sanki barışır. Gündüzlər sidik ifrazı ola bilər ki, normal saxlanılsın. Lakin sonralar gündüzlər də tez – tez sidik ifrazı yaranır, hər dəfə xaric olan sidiyin miqdarı azalır. Bəzən sidik ifrazına imperativ çağırışlar yaranır. İmperativ çağırış dedikdə saxlanılması mümkün olmayan çağırış başa düşülür ( imperativ sözü imperator sözündən götürülüb, əmredici mənasını verir ). Sidik ifrazı şırnağının əyrisi normalda parabolik əyridir. Lakin prostat adenoması zamanı demək olar ki, sırnağın əyrisi ( trayektoriyası ) vertikaldır. Prostat böyüdükcə sidik kanalı daralır və uznır. Ona görə də sidik kisə üçün mənfəzindəki sidiyi xaric etmək nisbətən çətinləşir, bunun üçün əlavə qüvvə sərf edir.

Normalda sidik ifrazı aktında yalnız sidik kisənin əzələləri iştirak edir. Prostat vəzin mülayim dərəcədə böyüməsi zamanı sidik kisə əzələləri əlavə qüvvə səfr edir. Ona görə də sidik kisə əzələləri güclənir və müvafiq olaraq onun divarları qalınlaşır. Məhz ona görə də bu mərhələdə sidik kisədə qalıq sidik qalmır. Çünki, sidik kisənin güclü əzələləri hesabına daxilindəki sidik tamamilə xaricə qovulur. Sidik kisədə qalıq sidik olmadığı üçün böyrəklərdə və sidik axarlarında da genişlənmə olmur. Qalaq sidik dedikdə sidik ifrazından sonra sidik kisənin tam boşalmaması nəticəsində sidik kisədə qalan sidik nəzərdə tutulur.

2 – ci dərəcə yaxud subkompensasiya :

Prostat adenoma adenoması müalicə, uroloq, androloq Ziyad Əliyev Bakıda

prostatvezi.az

2 ci dərəcədə artıq sidik kisənin həcmi böyüyür, divarlarında distrofik dəyişikliklər yaranır. Əgər kompensasiya mərhələsində sidik kisə divarlarında qalınlaşma var idisə, subkompensasiyada sidik kisə divarları nazikləşir. Sidik kisədə həmişə qalıq sidik qalır. Qalıq sidiyin həcmi 100 – 200 ml və daha çox ola bilir.

Sidik ifrazı aktı sidik kisənin öz gücü hesabına mümkün olmadığı üçün qarının ön divar əzələləri də sidik ifrazı aktında iştirak edir. Sidik ifrazı dalğavari, çoxfazalı və fasiləli xarakter daşıyır. Yəni sidik ifrazıının əvvəlindən axıradək bir neçə dəfə sidik şırnağı kəsilir ( qırılır ), zəifləyir, gah da güclənir və beləlikə də dalğavari olur. Buna baxmayaraq da sidik kisə tam boşalmır. Gecələr daha tez – tez sidik ifrazına durur. Qalıq sidiyin miqdarı artdıqca yuxarı sidik yolları ( böyrək ləyəni və sidik axarları ) da genişlənir. Bu vəziyyətdə də tibbi yarım göstərilməzsə böyrək çatışmazlığı qaçılmazdır.

 

 

3 – cü dərəcə yaxud dekompensasiya:

Prostat vəzin adenoması müalicə, uroloq, androloq Ziyad Əliyev Bakıda

prostatvezi.az

Bu zaman xaric ola sidiyin miqdarı sidik kisədə qalan sidikdən dəfələrlə az olur. Başqa sözlə desək sidik kisədə olan sidiyin az bir hissəsi xaric olur, digər hissəsi isə  kisədə qalır. Əgər sidik kisədə bir litir sidik vardırsa 50 – 100 ml yaxud daha az hissəsi xaric olur. Bu xəstələrdə sidik ifrazına çağırış çox tez – tez olur, gecələr 5 – 10 dəfə və daha çox sidik ifrazına durmaq olur. Buna da qalıq sidik yaxud xroniki sidik ləngiməsi deyilir. Çünki, bu zaman sidik kisənin həcmi çox böyüyür, əzələləri gücsüzləşir. Ona görə də sidiyi xaric edə bilir və daima sidik kisədə qalıq sidik qalır. Sidik ifrazı tez – tez, damcı – damcı yaxud çox kiçik porsiyalarla olur. Bu xəstələrin qarnına baxdıqda sidik kisə çox asanlıqla əllənə bilir. Çünki, demək ola daima doludur.

Bizim təcrübəmizdə 3 litirə yaxın qalıq sidik aşkarlanan xəstələr olub. Belə xəstələr daima qarının aşağısında ağırlıq hiss edirlər. Hər dəfə sidik ifrazına əlavə güc sərf etdikləri üçün çox tez –  tez onlarda qasıq yırtığı aşkarlanır. Sidik kisə daima dolu olduğu üçün böyrəklər və sidik axarları da genişlənir, böyrək parenximası nazikləşir, böyrəklərin funksiyası zəifləyir.Buna isə xroniki böyrək çatışmazlığı deyilir.

 

Prostat adenomasının fəsadları.

Prostat vəzin adenoması həkim müdaxiləsi olmadan heç vaxt özbaşına sağalmaz. Əgər həkim müdaxiləsi olmazsa, yəni vaxtında həkim uroloqa müraciət etməsəniz yuxarıda qeyd olunan fəsadları yaşayacaqsınız. Xoşbəxtlikdən prostat vəzin xoşxassəli hiperplaziyası ( prostat adenoması ) müalicə olunan xəstəlikdir. Xüsusəndə xəstəliyin əvvəlində həkimə müraciət olarsa.

uroloq, androloq Ziyad Əliyev Bakıda, sidik kisənin divertikulu.

prostatvezi.az

Prostat adenomasının fəsadları hansılardır?

  • Sidikdə qan olması yaxud qanlı sidik. Buna hematuriya deyilir.

 

  • Sidik kisədə daş əmələ gəlməsi.

 

  • Kəskin sidik ləngiməsi.

 

  • Sidik kisə divarında yırtıqların əmələ gəlməsi. Buna sidik kisənin divertikulu deyilr.

 

  • Sidik kisənin və böyrəklərin, xaya və xaya artımının infeksiyalaşması. ( sistit, pielonefrit, orxit, epididimit )

 

  • Xroniki böyrək çatışmazlığı.

 

Kəskin sidik ləngiməsi nədir ?

Sidik kisə dolu olduğu halda sidik ifrazının mümkün olmadığı hal kəskin sidik ləngiməsi adlanır. Bu hal adətən 2 və 3 – cü dərəcə prostat adenoması olan xəstələrdə yaranır.

Prostat vəzin adenoması müalicə, uroloq, androloq Ziyad Əliyev Bakıda

prostatvezi.az

 Sidik kisənin daşı :

Sidik kisədə əmələ gələn daş sidik kisə daxilində daima yerdəyişmə etdiyi üçün kisə divarlarını cızır, zədələyir və sidikdə qan əmələ gətirə bilir. Həmçinin sidik kanalı boyunca və cinsi orqanın başına qədər ağrı verir. Sidik kisədə daşın olması ilə əlaqədar olaraq sidik ifrazı zamanı şırnağın anidən kəsilməsi və yaxud kəsilib bərpa olunması da olur. Bu isə kisədə olan daşın sidik kisə daxilində yerdəyişməsi və kanalın mənfəzini tutması ilə əlaqədardır.

 

Sidikdə qan.

Sidikdə qan miqdarından asılı olaraq mikrhematuriya və makrohematuriya ayırd edilir. Əgər sidikdə olan qan gözlə görünmür və yalnız mikroskop altında bilinirsə, bu mikrohematuriyadır. Əgər sidikdə qan gözlə görünən həddədirsə buna makrohematuriya deyilir. Əksər hallarda sidikdə qanın səbəbi adenoma fonnda əmələ gələn sidik kisə daşlarıdır. Həmçinin böyük prostat adenoması zamanı sidik kisə boynu ciddi deformasiya olunduğundan buradakı vena damarlarında varikoz genişlənmə yaranır. Sidikdə qanın bir səbəbi də bu venalar olar. Xüsusən də sidikdə qan, sidik kanalına kateter saldıqdan sonra yaranıbsa. Qanaxma daha ciddi olduqda sidik kisədə böyük laxta şəklində toplanır və sidik ifrazını mümkünsüz edir. Buna sidik kisənin tamponadası deyilir. Bu halda sidik kisəyə kateter salınaraq laxtanı təmizləmək həmişə mümkün olmur. Belə halllarda təcili cərrahi müdaxilə zərurəti yaranır və sidik kisə laxtadan təmizlənir.

 

Prostat adenoması müalicəsi.

uroloq, androloq Ziyad Əliyev Bakıda, xoşxassəli hiperplaziya TUR əməliyyatı

prostatvezi.az

Dərmanla və cərrahi müalicə. Başlanğıc mərhələdə müalicə konservativ yolla, yəni dərmanla aparıla bilir. Cərrahi müalicə demək olar ki, tam qapalı üsulla edilir. Buna TUR əməliyyatı yaxud TUR prostat əməliyyatı deyilir. Yəni sidik kanalından keçməklə. Çox nadir hallarda isə açıq əməliyyata ehtiyac duyulur.

TUR əməliyytı : Əməliyyat tam qapalı üsulla icra edilir. Yəni, sidik kanalından keçməklə. Ucluğu xüsusi dəqiqlikli görüntü verən HD kamera ilə təchiz edilmiş alətlə sidik kanalından daxil olunur. Əgər sidik kanalının keçiriciliyi sərbəstdirsə. Bunu əməliyyat öncəsi həkim dəqiqləşdirməlidir. Bu alət rezektoskop adlanır. Rezktoskopu işıq qaynağı və optik şünürla birləşdirdikdən sonra sidik kanalına daxil olunur. Bu zaman sidik kanalının daxili görüntüsü ekrana ötürülür. Həkim sidik kanalının daxilinin görüntüsünü ekranda görür. Adətən bu əməliyyat spinal keyitmə ilə ( bel hissədən aşağı hissə keyidilməklə ) aparıldığından xəstə özü də əməliyyatı ekranda izləyə bilər.

Sidik kanalından sidik kisəyə daxil olunur. Sidik kisə daxilinin vizual müayinəsi aparılır. Daha sonra isə TUR əməliyyatına başlanılır. TUR əməliyyatı adından göründüyü kimi ( Trans Uretral Rezeksiya ), yəni sidik kanalından keçməklə mənasını verir. TUR əməliyyatı ilk tətbiqi zamanı yalnız monopolyar formada istifadə edilirdi. Bu zaman insan bədəni elektrik keçirici rolunu oynayır. Həmçinin monopolyar TUR zamanı çox böyük prostatları ( 60sm 3 dan böyük olduqda ) əməliyyat etmək olmur. Daha doğrusu tövsiyyə olunmur. Çünki, monopolyar TUR əməliyyatı zamanı xüsusi məhlullardan istifadə olunur. Bu məhlulla işləyərkən əməliyyat müddəti bir saatı keçməməlidir. Əgər prostat qeyd olunan həcmdən böyük olarsa əməliyyatın daha uzun sürmə ehtimalı var. Bu isə istifadə olunan məhlulun qana sorulmasına və nəticədə TUR SİNDROM adlanan fəsadın yaranmasına səbəb ola bilər.

 

Bipolyar plazmokinetik TUR əməliyyatı. Bipolyar TUR.

Lakin son illər istifadə olunan TUR avadanlıqları bipolyardır. Bipolyar – ikiqütblü deməkdir. Yəni elektrik cərəyanı insan bədənindən deyil, yalnız alətin bir elektrodundan digərinə keçir. Ona görə də burada monopolyar TUR əməliyyatında olduğu kimi, xüsusi məhlullara ( rezektosol, trussol ) ehttiyac olmur. Əməliyyat fizioloji məhlul adlanan 0,9 % – li NaCl məhlulu istifadə etməklə icra edilir. Ona görə də ən böyük ölçüdə proststları belə bipolyar TUR ilə əməliyyat etmək olur. Bzim klinikamızda so bir neçə ildir ki, yalnız bippolyar TUR prostat əməliyyatı olunur.  Əməliyyatları izləmək üçün saytımızdan youtube kanalımıza keçid edib abunə ola bilərsiniz.

 

Fəaliyyətimiz haqqında daha ətraflı məlumat aşağıdakı saytlarda :

 

https://androloq.az

https://varikosele.az

https://boyrekdasi.az/

https://prostatvezi.az/

 

Siz sağalanda biz çox xoşbəxt oluruq.

QƏBULA YAZIL

İşarəni götür*

Sosial şəbəkələrdə paylaş