Prostat vəzin masajı

Keçən əsrin əvvəllərindən etibarən xroniki prostatit diaqnozu qoyulan xəstələrin əsas müalicə metodu prostat masajı olmuşdur. Son dövrlərə qədər böyük əksəriyyət uroloqlar o fikirdydilər ki, xroniki prostatitin müalicəsində masaj prosedurası çox vacibdir. Belə ki, prostat masajı düzgün olunarsa həm prostat vəzin qan dövranı yaxşılaşır, həm də masaj zamanı barmaq hərəkətləri elə olmalıdır ki, prostat vəzin şirə hazırlayan axacaqları az travma alsın və daxilindəki şirə çölə ( sidik kanalına və oradan da xaricə ) qovulsun. Qısa müddət ərzində bütün dünyada prostat masajı prosedurası xroniki prostatitin əsas müalicə prosedurası olaraq geniş tətbiq olunmağa başlamışdır. Lakin masajın olunma günləri ( iki masaj arasında vaxt ) hələ də uroloqlar arasında mübahisə mövzusu kimi qalmaqdadır.

Bir çox uroloqların fikrincə prostat masajı həftədə iki dəfə olmaqla bir neçə həftə,  sonra isə daha gec – gec aparılmalıdır. Buna prostat vəzi şirəsinin mikroskopiyasından sonra qərar verilir. Əgər prostat şirəsində leykositlərin miqdarı azalmağa doğru gedirsə masaj prosedurası da daha gec – gec aparıla bilər.

Prostat masajının aparılma qaydası

Prostat masajı tibbi proseduradır və o klinik bilik və bacarığı olan peşəkar həkim uroloq tərəfindən aparılmalıdır. Çünki prostat masajını düzgün aparmaq üçün mütləq prostat vəzin yerləşməsini, anatomiyasını, onun xəstəliklərini, xəstəliklərin təzahür formalarını bilmək lazımdır. Çünki prostat vəzin bir sıra xəstəlikləri vardır ki, bu zaman prostat vəzinin masajı nəinki prostatiti sağaldır, hətta həm prostatın özünə həm də ümumilikdə bütün orqanizmə zərər verər. Ona görə də prostat vəzin masajını yalnız peşəkar həkim uroloq etməlidir.

Bir qədər prostat masajının aparılma texnikası haqqında

Prostat vəzin masajı xəstənin diz – dirsək vəziyyətində edilir. Bu vəziyyət həm həkim üçün, həm də xəstə üçün əlverişli vəziyyətdir. Yaxud da xəstə ayaq üstdə olduğu vəziyyətdə dizlərini bükməmək şərtilə bədənini önə doğru 90 dərəcə əyib əllərini dizlərinə dirəyir ( qoyur ) . Həkim əlinə tibbi əlcək geyinib sağ əlinin ikinci ( göstərici ) barmağını vazelin yağına batırıb xəstənin düz bağırsağına ( anus dəliyinə ) salır. Anus dəliyinin 3 – 5 sm – də barmağın altında prostat vəzini müəyyən etmək mümkündür. Prostat vəzi düz bağırsağın önündə yerləşən, adətən ağrısız, elastik hamar səthli orqandır. Təcrübəli həkim uroloq prostat vəzini düz bağırsaqdan müayinə edərkən bir sıra vacib məlumatları almış olur. Bunlara aiddir :

Prostat vəzin təxmini ölçüsü.

Prostat səthinin hamar yaxud kələ – kötür olması.

Konsistensiyasının sərt yaxud elastik, yumşaq olması.

Ağrılı yaxud ağrısız olması, ağrının dərəcəsi.

Düz bağırsaq selikli qişasının prostat vəzi üzərində hərəkətliliyi yaxud fiksə olunması.

Payarası şırımın hamarlaşması yaxud normal olmasını müəyyən edə bilir.

Bütün bunları müəyyənləşdirdikdən sonra həkim masaj prsesinə qərar verir. Düzdür, prostat masajı zamanı ağrının dərəcəsi aşağıdakı faktorlardan asılıdır :

1.Xəstənin psixoloji durumundan

2. Prostat vəzinin və düz bağırsağın vəziyyətindən. Prostat və düz bağırsaqda ciddi iltihab olduqda ağrı daha çox olur. Həmçinin xəstənin düz bağırsağında çat, hemoroy düyünləri ola bilər. Bu hallarda prostat masajını etmək olmaz. Ona görə də prostat masajına qərar verməzdən əvvəl mütləq proktoloqun konsultasiyası olmalıdır.

3.Masaj edən həkimin peşəkarlığından.

Məsələn, əğər xəstədə hemorroy yaxud düz bağırsaq çatı varsa prosedura çox ağrılı olacaq. Bütün bunları əvvəlcədən xəstəni müayinə edərkən dəqiqləşdirmək lazımdır. Əgər xəstədə böyük hemorroy düyünləri varsa prostat vəzini nəinki masaj etmək olmaz, hətta düz bağırsaqdan müayinə etmək qadağandır. Əgər masaj olunsa belə, prostatitin sağalmasına heç bir faydası olmayacaq. Çünki, prostat vəzin venoz drenajı ( prostatdan venoz qanın daşınması ) düz bağırsağın venoz drenajından çox asılıdır. Ona görə də əgər xəstədə hemorroy yaxud düz bağırsaq çatı varsa bu xəstə proktoloqa getməli və əməliyyat olunmalıdır. Əməliyyatdan bir neçə ay sonra prostat masajını etmək olar və xəstə fayda görər.

Prostat masajı 1 – 2 dəq davam edir. Bir sıra uroloji dərnək və rəhbərliklərin rəylərinə görə prostat vəzin masajı xroniki prostatitin müalicəsində çox effektiv prosedura olaraq  qəbul edilir. Xüsusən də həftədə bir dəfə olmaqla 5 – 6 həftə. Lakin prostat masajını inkar edən, onun ümumiyyətlə tibbi – cərrahi prinsiplərə zidd olduğunu qeyd edənlər də az deyildir. Onların fikrincə prostat vəziyə kompressiya vermək, əzmək, mexaniki qıcıqlandırmaq oradakı iltihabı daha da kəskinləşdirə bilər, qansızma ocaqları yaranar və.s. Bütün bunlara baxmayaraq xroniki prostatitli xəstələr, xüsusilə də erektil disfunksiya ilə ağırlaşmış hallarda prostat vəzin masajı heç bir fizioterapiyanın vermədiyi effekti verir və xəstə məmnun qalır.

Prostat masajının müalicəvi effekti nə ilə əlaqədardır?

Prostat vəzinin axacaqlarına mexaniki təsir göstərməklə axacaqlardakı irin və selik sidik kanalına qovulur və xaric olur.

Xəstənin qəbul elədiyi antibakterial preparatların prostat toxumasında yayılmasına şərait yaradır

Prostat vəzin qan dövranını yaxşılaşdırır, ora çox miqdarda qan və buna müvafiq olaraq oksigen gəlir, vəzin immuniteti güclənir

Prostat vəzin toxumasına, əzələ tonusuna müsbət təsir göstərir

Prostat şirəsinin laborator müayinəsi zəruri olduqda da prostat masaj edilir və xaric olan şirə müayinə materialı kimi yoxlanılır

Aparılmış çox saylı laborator müayinələrin nəticəsi olaraq müəyyən edilib ki, ilk masaj zamanı alınan şirə heç də həmişə prostat vəzin həqiqi vəziyyətini əks etdirmir. Məlum olmuşdur ki, prostatitlə əlaqədar prostat şirəsi götürərkən 3 – cü və 4 – cü masajdan götürülən şirə daha informativdir. Çünki, uzunmüddətli xroniki prostatitli xəstədə prostat vəzin axacaqları qatı irinlə tutulmuş olur və onun birinci masajda boşalması, xaric olması demək olar ki, mümkün deyil.

Ona görə də bəzi xəstələrdə 1 – ci və 2 – ci masajdan sonra olan qismən yaxşılaşma, rahatlaşma heç də ilttihabllaşmış prostatın sağalması ilə əlaqədar deyildir. Bu sadəcə sağlam axacaqların mexaniki olaraq boşalması və masajın prostat vəzin qan dövranına müsbət təsiri ilə əlaqədardır. Əsasən isə daha dayanıqlı yaxşılaşma 4 – 6 – cı masajdan sonra müşahidə edilir.

Prostat masajına göstəriş və əks göstərişlər. Yəni nə vaxt prostat masajı etmək olmaz.

Yuxarıda qeyd olunduğu kimi bütün xəstələrdə prostat vəzini masaj etmək olmaz. Bunun üçün müəyyən göstərişlər və əks göstərişlər mövcuddur.

Göstəriş : – xroniki prostatitin müxtəlif formaları

Hansı hallarda və hansı xəstəliklərdə prostat masajı etmək olmaz :

– Kəskin prostatit

– Prostat xərçəngində və prostat xərçənginə şübhə olduqda

– Prostat adenomasında

– Prostat vəzinin daşları və kalsinatı, fibrozu ( iltihabdan sonra qalan çapıq ) olduqda

– Prostat vəzin kistalarında

– Xəstədə kəskin sidik ləngiməsi olduqda və qalıq sidik olduqda. Kəskin sidik ləngiməsi dedikdə sidik kisə sidiklə dolu olduğu halda xəstənin sidiyə çıxa bilməməsi halı başa düşülür. Qalıq sidik isə sidik ifrazından sonra kisənin tam boşalmaması zamanı qalıq sidiyin qalması halıdır.

– Sidik cinsiyyət orqanlarında kəskin iltihab, temperaturlu vəziyyətlər zamanı prostat masajı etmək olmaz. Bunlara kəskin orxit, epididimit, pielonefrit, sistit, parafimoz, fimoz, balanopostit və.s aiddir.

– Düz bağırsağın kəskin xəstəlikləri – çat, paraproktit, hemorroy, pararektal sviş və.s

Yekun rəy

Göründüyü kimi prostat vəzinin masajına əks göstərişlər qat – qat çoxdur, nəinki göstərişlər. Ona görə də prostat masajının edilməsi yalnız peşəkar həkim uroloq tərəfindən aparılmalıdır. Çünki bütün bu nüansları yalnız peşəkar uroloq düzgün müəyyənləşdirə bilər. Həmçinin prostat masajının zəruriliyi və zərəri haqqında qəti qərarı o qəbul edə bilər. Müxtəlif klinik situasiyalarda yalnız həkim uroloq – androloq müəyyən edə bilər ki, prostat masajı hansı intensivlikdə aparılmalı. Mülayim yaxud daha aqressiv, uzunmüddətli yaxud cəmi bir neçə seanslıq masaj seçilməlidir. Fərdi yanaşma prostat masajında da vacib bir məqamdır.

Prostat vəzin vəziyyətindən asılı olaraq masaj zamanı vəziyə olan mexaniki təsirin gücü, kopressiyanın dərinliyi, masaj seansları arasında fasilənin müddəti, masaj seanslarının sayı məhz fərdi seçilir. Elə bir normativ yoxdur ki, masaj mütləq 10 seans olmalıdır.

Beləliklə də prostat vəzin masajı xroniki prostatitin müxtəlif formalarıda müəyyən qaydalara əməl edilməklə olmalıdır. Göstəriş və əks göstərişləri ciddi nəzərə almaqla məqsədyönlü edilərsə xroniki prostatitin əsas müalicə metodlarından biri hesab oluna bilər. Ucuz, təhlükəsiz və effektiv olduğu üçün əlçatan müalicə prosedurasıdır.

Müasir dövrdə xroniki prostatitin müxtəlif müalicə metodları mövcuddur. Müxtəlif tabletlər, inyeksiya ( iynə ), infuziya, müxtəlif şamlar, imalə, prostat masajı və.s. Adətən bunların bir neçəsi eyni vaxtda olduqda müalicəvi effekt daha yaxşı olur. Xüsusən də prostat masajı edilərsə. Lakin çox incə və delikat bir məqam var. Pasientlərin bir qismi prostat masajını elətdirməkdən utanır və xoşagəlməz hisslər keçirdiyi üçün ondan imtina edir. Onların mövqeyini həkim olaraq mən yaxşı başa düşürəm. Çünki bu işdə psixoloji məqamlar var və bu çox önəmlidir.

Prostat ternajoru yaxud prostat vəzin elektromasajı

prostat masajı, prostatit, androloq - uroloq ziyad aliyev

Bütün bunları nəzərə alaraq, insan bədəninə düz bağırsaqdan heç bir müdaxilə olmadan prostat vəzin elektromasajı prosedurası mövcuddur. Hal – hazırda bütün dünyada xroniki prostatitli xəstələrin əsas müalicə metdu kimi geniş tətbiq edilməkdədir. Xəstə çox rahat və isti şəraitdə prostat trenajorun ( xüsusi aparat ) üzərində oturur və aparatın idarəetmə pultuxəstənin əlinə verilir ki, masajın intensivliyini özü idarə etsin. Sözsüz ki, əvvəlcə aparatın istifadə qaydası, məsləhət görülən intensivlik xəstəyə izah edilir və xəstə xüsusi stulda oturaraq bu masaj prosedurasını qəbul edir. Düz bağırsaqdan edilən masaja nisbətən elektromasaj ağrısızdır, qeyri – invazivdir ( yəni bədənə müdaxilə edilmir xaricdən ), əksinə xəstədə xoşagələn hiss yaradır. Prostat trenajor haqqında ətraflı və ayrıca məqalədə ətraflı məlumat verəcəyəm. Bizim praktikamızda demək olar ki, 5 ildən artıqdır ki, prostat trenajoru geniş istifadə edirik və xəstələr də çox məmnun qalırlar.

Saytlarımızı izəyin.

Fəaliyyətimiz haqqında daha ətraflı aşağıdakı saytlarda :

https://androloq.az

https://varikosele.az

https://boyrekdasi.az/

https://prostatvezi.az/