Prostat emeliyyati lazerlə. Prostat adenoması müalicəsi.
Prostat emeliyyati Bakida lazerlə – TUR əməliyyatıdır. Adenoma yaxud prostat vəzin xoşxassəli hiperplaziyası 40 yaşdan yuxarı kişilərdə müşahidə olunur. Yaş artdıqca daha çox aşkarlanan və 50 yaşdan yuxarı kişilər arasında ən çox əməliyyata səbəb olan xəstəlikdir. Bu xəstəlik prostat vəzin böyüməsi nəticəsində sidik kisəsi boynunun deformasiyası, sidik kanalının prostatdan keçən hissəsinin daralması, uzanması və bununla əlaqədar şikayatlərin müydana çıxması ilə müşahidə olunur. ( Lazerlə prostat emeliyyati, prostat vəzin lazerlə qapalı əməliyyatı – plazmakinetik TUR )
Prostat emelliyyati lazerlə – Bipolyar TUR.
Prostat vəzi sidik kisəsinin altında, sidik kanalının başlanğıc hissəsini mufta şəklində əhatə edən orqandır. Məhz ona görə də prostat vəzinin böyüməsilə müşahidə olunan xəstəliklər sidik ifrazının çətinləşməsinə, az – az, qırıq – qırıq, haçalanma, duşdan gəlməni xatırladan səpələnmə, sidiyin şırnağının zəifləməsinə, hətta sidk ifrazının mümkün olmamasına səbəb ola bilir. Bir çox insanlar bu əlamətləri yaşlanma ilə əlaqələndirir və onu cərrahi müdaxilə ilə düzələ biləcəyinə inanmır.
Təəssüflər olsun ki, bir qrup insanlar, hətta bəzi həkimlər cərrahi əməliyyata ən axırıncı çıxış yolu kimi baxırlar. Hətta konservativ müalicənin əks göstəriş olduğu hallarda belə həkimi təhrik edirlər ki, nə edirsə etsin, ancaq əməliyyat deməsin və onlara müalicə yazsın. Belə olduğu halda isə, xəstələr öz vəziyyətlərini daha da çətinləşdirirlər və gecikmiş vəziyyətdə, sidik ifrazının mümkün olmadığı, böyrək çatışmazlığı ilə ağırlaşmış halda cərrahi müdaxilə üçün müraciət edirlər.
Başqa bir tərəfdən isə nisbətən cavan xəstələri narahat edən odur ki, prostat vəzidən əməliyyat olunduqdan sonra cinsi əlaqədə ola bilməyəcəklər. Bu kökündən səhv fikirdir. Çünki, prostat vəzidə aparılan müasir əməliyyatlar cinsi orqanın sərtləşməsinə ( ereksiyaya ) xidmət edən sinir və damarların tam qorunması şəraitində aparılır. TUR əməliyyatından sonra bir çox pasientlərdə cinsi funksiyaların daha da yaxşılaşması müşahidə olunur. ( Lazerlə prostat əməliyyatı )
Prostat emeliyyati lazerlə. TUR nədir ? – Trans Uretral Rezeksiya.
Prostat vəzin TUR əməliyyatı dedikdə, yüksək dəqiqlikli görünüş verən kamera ilə təchiz olunmuş cihaz vasitəsilə ( endoskop yaxud rezektoskop ) sidik kanalından keçməklə prostat vəzin böyümüş hissəsinin yaxud tamamilə prostat vəzi toxumasının xaric edilməsi əməliyyatıdır. TUR əməliyyatı adətən spinal keyitmə ( bel nahiyyədən aşağı hissənin hissiyyatsızlaşması ilə ) altında icra olunur. Əməliyyat təqribən 1 saat davam edir. Əməliyyat zamanı xəstənin istəyi ilə ekranda əməliyyatın gedişini seyr etmək imkanı vardır. Xəstə əməliyyat günü daxil olmaqla 3 gün ərzində xəstəxanada qalır.
Bədəndə heç bir kəsik aparılmadan, dəlik açılmadan sidik kanalının xarici dəliyinin diametrinə uyğun olaraq, uc hissəsi kamera və kəsici – yandırıcı ucluqla təchiz olunmuş rezektoskop adlanan boruşəkilli alət vasitəsilə sidik kanalına daxil ounur. Alətin ucundakı kamera vasitəsilə sidik kanalının daxilinin görüntüsü ekranda əks olunur və bu görüntüyə əsasən həkim uroloq sidik kanalı boyunca aləti gəzdirir və sidik kanalının başlanğıc hissəsinə çatır. Sidik kanalının başlanğıc hissəsi və prostat vəzin böyüməsi ( adenoma ) aydın müşahidə edilir. Prostat adenomasının rezeksiyasına başlamazdan əvvəl sidik kisəsinə daxil olunur, sidik kisə vizual müayinə olunur və sonra prostat adenoması rezeksiya olunur.
Rezeksiya dedidə kanalın daralmasına səbəb olan adenoma toxumasının qat – qat qaşınaraq ( kəsilərək ) kanalın genişlənməsi başa düşülür. TUR zamanı təkcə adenoma toxuması deyil, prostat vəzin toxuması da rezeksiya olunur. ( Lazerlə prostat əməliyyatı )
Prostat emeliyyati lazerlə – uroloq Ziyad Əliyev.
Əməliyyat zamanı xaric edilən toxumanın miqdarı prostatın həcmindən asılıdır. TUR əməliyyatında toxumanın kəsilməsi alətin ucunda generasiya olunan yüksək temperaturun hesabına mümkün olur. Bu da eyni zamanda kəsilmə zamanı zədələnmiş damarların mənfəzinin yanaraq bağlanmasına və qanaxmanın dayanmasına səbəb olur. Tur əməliyyatı təkcə prostat vəzin adenoması zamanı aparılmır. Həmçinin prostat xərçəngi, sidik kisəsinin polipləri və şişlərində, sidik kisəsi boynunun sklerozunda da tətbiq edilir və qızıl standart hesab olunur. Prostat vəzi adenoması ilə müraciət edən pasientlərin əməliyyatı bizim klinikamızda də 95 % – dən artıq halarda qapalı üsulla aparılır. Yəni TUR əməliyyatı aparılır.
Prostat vəzin həcmi 20 – 130 sm3 – a qədər olan bütün prostatlar bipolyar TUR əməliyyatı olunur. Bir neçə il əvvələ qədər TUR – un avadanlığı ancaq monopolyar modifikasiyada idi. Belə olduqda 60 sm3 dan böyük prostatları əməliyyat etmək mümkün deyildir. Çünki, monopolyar alət ilə işlədikdə rezektosol yaxud trussol adlanan xüsusi təyinatlı məhlullardan istifadə edilirdi. Bu məhlullarla işlədikdə çalışmaq lazımdır ki, əməliyyat zamanı 1 saatdan artıq olmasın. Çünki, bu məhlul qana sorulub həyat üçün təhlükə törədə bilir. Buna TUR sindrom deyilir. Ona görə də monopolyar alətlə çox böyük prostatları etmək mümkün deyil.
Bizim klinikamızda olan bipolyar avadanlıqla isə çox böyük ölçüdə prostatları cərrahi müdaxilə etmək mümkündür. Çünki, bipolyar avadanlıqla işlədikdə yuxarıda adı çəkilən məhlullardan deyil, 0,9 % – li NaCl ( natrium xlor ) istifadə edilir. NaCl qana sorulduqda heç bir problem yaradmır xəstənin həyatı üçün. Ona görə də bu əməliyyat 2 – 3 saat çəksə belə TUR sindrom təhlükəsi yoxdur. Bütün dünyada prostat adenomasının müalicəsində qızıl standart olaraq qəbul edilmişdir. əvvəl hansı müayinələrdən keçmək lazımdır ?
Prostat emeliyyati öncəsi hansı müayinələrdən keçmək lazımdır ?
1. Prostat, sidik kisəsi, böyrəklər usm ( ultrasəs ) müayinəsi
Bu zaman əsas göstərici prostat vəzin həcmi və sidik ifrazından sonra qalıq sidiyin olmasıdır. Əgər qalıq sidik varsa onun həcmi nə qədərdir?
2. Urofloumetriya
Sidiyin maxsimal sürəti, sidik ifrazının davametmə vaxtı ( sidik ifrazına başladıqdan sidik ifrazının qurtarmasına qədər keçən vaxt ) və s digər göstəricilərin ölçülməsi.
http://androloq.az/uslugi/urofloumetriya-nedir-sidik-ifrazinda-cetinlesme/
3. Qanda PSA – nın miqdarı ( PSA dedikdə prostat spesifik antigen başa düşülür)
PSA prostat vəzin böyüməsinin xarakterini müəyyənləşdirmək üçün yoxlanılır. PSA-nın miqdarı qanda 4 nq /ml – dən yüksəkdirsə deməli buna ehtiyatla yanaşmaq lazımdır və təkrari PSA müayinəsinə yaxud digər əlavə müayinələrə ( prostat biopsiyası ) ehtiyac ola bilər. Bu müayinələrin zəruriliyini və olunma ardıcıllığını həkim uroloq müəyyən edir. Qeyd etmək lazımdır ki, müraciət edən xəstə əgər son bir həftədə cinsi həyat yaşayıbsa, son iki həftədə sidik kanalına kateter qoyulubsa, son iki həftədə xəstədə kəskin sidik ləngiməsi epizodları olubsa, son bir ayda prostata düz bağırsaqdan baxılıbsa yaxud prostat masajı olunubsa qanda PSA səviyyəsi qalxa bilər və həkim uroloq xəstə ilə yaxud onun yaxınları ilə söhbət zamanı müəyyənləşdirməli və PSA – nın nəticələrini qiymətləndirərkən nəzərə almalıdır. ( Prostat emeliyyati Bakida )
Həmçinin prostat vəzi xəstəliklərində istifadə olunan əsas preparatlar olan alfa adrenoblokatorlar ( tamsulozin – omnik, doksazozin – kardura ) və 5 alfa reduktaza adlanan fermentin inhibitorları ( finasterid – proskar – penester, dutasterid ) adlanan dərmanlar da qanda PSA ssəviyyəsinə təsir edir. Ümumi olaraq belə qəbul olunmuşdur ki, müraciət edən xəstə adı çəkilən dərman preparatlarını qəbul edən müddətdə yoxlanan PSA müayinəsinin nəticəsini real nəticənin yarısı kimi qəbul etmək lazımdır.
Məsələn, əgər xəstə alfa blokatorlardan – tamsulozin ( omnik ), doksazozin ( kardura ), terazozin ( artezin ) və yaxud 5 alfa reduktaza inhibitorlarından olan finasterid ( proskar, penester ), dutasterid qəbul edən müdddətdə PSA nəticəsi 2nq/ml çıxıbsa bu nəticəni ikiyə vurmaq və real nəticəni 4nq / ml kimi qəbul etmək lazımdır. ( Lazerlə prostat əməliyyatı )
4. Qanda kretinin, sidik cövhəri yoxlanmalıdır
Qanda kreatinin və sidik cövhəri səviyyəsinin yüksək olması artıq xroniki böyrək çatışmazlığı əlamətidir. Əgər prostat adenoması ilə müraciət edən xəstədə qalıq sidik çoxdursa və həkim uroloq hesab edirsə ki, qanda kreatinin və sidik cövhərinin yüksəlməsi prostat adenomasının nəticəsidir, bu halda sidik kisəsinə ya sidik kanalından uretral kateter qoyulmalıdır.
Prostat vəzin adenomasının böyük olması ilə əlaqədar, sidik kanalında darlıqla yaxud hər hansı bir səbəbdən sidik kanalına kateter qoyula bilmirsə bu zaman qarının ön divarından sidik kisəsinə episistostoma – kateter qoymaq lazımdır. Xüsusi alət – troakar vasitəsilə qoyulur. Həmçinin 7 – 10 gün antibakterial, dezintoksikasion infuzion ( dezintaksikasion müalicə dedikdə sidik cövhəri və kreatinin kimi zərərli maddələrin bədəndən qovulmasına xidmət edən infuziyalar ) müalicə aparmalı, lazımi dietanı təyin etmək ( kreatinin və sidik cövhəri yüksək olan xəstələrə qırmızı ət – dana və quzu əti, paxlalı bitkilər yemək məsləhət deyil ) lazımdır. İki həftədən sonra isə sidik cövhəri və kreatinin yoxlanmalı və daha sonra TUR əməliyyatı icra edilməlidir. ( Lazerlə Prostat emeliyyati Bakida )
TUR əməliyyatına əks göstərişlər
1. Bədəndə hər hansı nahiyyədə irinli iltihabın olması
2. Sidik cinsiyyət yollarında kəskin iltihabın olması
3. Qanın laxtalanma problemləri olduqda
4. Bud – çanaq oynağında kontraktura olan xəstələr. Çünki bud – çanaq oynağının ankilozu zamanı xəstə TUR əməliyyatının aparılması üçün lazımi vəziyyəti ala bilmir. Bildiyimiz kimi TUR əməliyyatı zamanı xəstə vəziyyəti üzü yuxarı uzanmış, qıçları bud – çanaq oynağından aralanmış və diz oynağından yarıbükülü vəziyyətdə olur ( litotomik vəziyyət – ginekoloji stol ).
5. Ürəyində kardiostimulyatoru olan xəstələrə monopolyar TUR əməliyyatı olmaz. Onlar üçün bipolyar TUR yaxud plazmakinetik TUR əməliyyatı göstərişdir.
TUR – əməliyyatının üstünlükləri ( prostat emeliyyati )
- Açıq əməliyyatdan fərqli olaraq sidik kisə açılmır, tamlığı pozulmur.
- Bədəndə heç yerdə kəsik, dəlik olmur və ona görə də xəstə tez sağalır, ağrısı az olur, əmək qabiliyyəti tez bərpa olunur.
- İstənilən yaşda və yanaşı gedən bir çox ağır xəstəliklər olanda belə aparıla bilər.
- Yuxarıda qeyd olunduğu kimi sidik kanalına yüksək dəqiqliklə görüntü verən kamera ilə təchiz olunmuş rezektoskopla ekranda vizual müayinə altında aparılır, hər hansı nahiyyədə cüzi qanaxma olduqda belə vaxtında müdaxilə edilərək qan dayandırılır. ( Lazerlə prostat emeliyyati )
TUR əməliyyatından sonrakı dövr – ( Lazerlə prostat əməliyyati )
90 % – dən artıq hallarda TUR əməliyyatından sonrakı vəziyyət qənaətbəxş olur. Əməliyyat bitdkdən sonra sidik kanalına kateter qoyulur və əməliyyatın 3 cü günü pasient evə yazılarkən kateter çıxardılır və xəstə sərbəst sidik ifraz edir. Pasient evə yazılarkən əməliyyatdan sonrakı bir neçə gün yaxud bir neçə həftə ərzində tezləşmiş və ağrılı sidik ifrazının, sidik saxlamamazlıqın ( sidik qaçırtma ) ola bilməsi barədə həkim pasienti xəbərdar edir. Bütün bu əlamətlərin səbəbi əməliyyat zamanı 1 – 1,5 saat alətin sidik kanalında qalması, əməliyyatdan sonra kateterin qalması və həmçinin əməliyyat sahəsində yaranın olması ilə əlaqədardır. Tam normal sidik ifazı adətən 1,5 – 2 aya bərpa olunur. ( Prostat emeliyyati Bakida )
Daha çox rast gəliniən narahatçılıq isə prostat vəzidə aparılan digər əməliyyatlardan sonra olduğu kimi TUR – dan sonra da retroqrad eyakulyasiyanın olmasıdır. Retroqrad eyakulyasiya dedikdə cinsi əlaqənin sonu olaraq eyakulyatın xaricə çıxmaması, yəni sidik kanalı ilə əksinə yuxarı, sidik kisəsinə doğru qayıdması halı başa düşülür. Lakin cinsi əlaqədən və eyakulyasiyadan alınan həzz azalmır. Retroqrad eyakulyasiya TUR əməliyyatının ağırlaşması deyil, nəticəsi hesab olunur. ( Lazerlə prostat emeliyyati )
Prostat emeliyyati sonrası həkim məsləhətləri
TUR əməlyyatından sonrakı iki ay ərzində cinsi əlaqədə olmaq məsləhət görülmür. Həmçinin ağır fiziki işlə, idmanla məşğul olmaq məsləhət deyil. Bir həftə ərzində təyyarəyə minmək məsləhət deyildir. Çünki, atmosfer təzyiqinin düşməsilə əlaqədar qanaxma ola bilər. Əməliyyatdan sonrakı 1 ay ərzində kəskin duzlu, istiotlu yeməklər, spirtli içkilər olmaz. Gün ərzində iki litrdən artıq maye qəbul etmək lazımdır. Ola bilər ki, böyrək çayı şəklində sidikqovucu təsiri olan çaylar da içilsin. ( Lazerlə Prostat emeliyyati Bakida)
Standart TUR əməliyyatı zamanı adenoma toxuması tam, prostat vəzi isə qismən rezeksiya olunur. Ona görə də prostat vəzi normal funksiya göstərir və TUR əməliyatı keçirmiş pasientlər bütün digər kişilər kimi prostat vəzi ilə bağlı vaxtaşırı müayinə keçməlidirlər.
Bu müayinələrə aiddir:
- USM ( ultrasəs müayinəsi prostatın ) ildə iki dəfə
- Düz bağırsaqdan prostatın barmaqla müayinəsi ildə iki dəfə.
- PSA qanda ( prostat spesifik antigen – prostat vəzin onkomarkeri ) ildə iki dəfə.
TUR əməliyyatı yüksək texnologiyalı əməliyyatlara aidir. Əməliyyatın icrası isə həkimdən klinik bilik və bacarıqla yanaşı yüksək dəqiqlik, səbir və ” zərgərlik ” tələb edir. ( Prostat emeliyyati Bakida )