Prostat adenoması müalicə və hiperaktiv sidik kisə ( HASK ).

Prostat adenoması müalicə. Yaşlı kişilər arasında ən çox rast gəlinən xəstəliklərdən biri də prostat vəzin xoşxassəli hiperplaziyasıdır. Adenoma haqqında daha ətraflı məlumat aşağıdakı linkdə https://prostatvezi.az/az/uslugi/prostat-adenomasi/  .

Bu xəstəliyə prostat vəzin xoşxassəli hiperplaziyası ( PVXH ) da deyilir. Hiperplaziya böyümə deməkdir. Adından göründüyü kimi bu xəstəlik zamanı prostat vəzin ölçüləri böyüyür. Hiperaktiv sidik kisəsi də sidik ifrazında pozğunluqlarla müşahidə edilir. Bu xəstəliyə qeyri stabil sidik kisə yaxud neyrogen sidik kisə də deyilir. İnsanların 15 – 17 % -də rast gəlinən patoloji haldır. Prostat vəzin adenoması olan yaşlı kişilərin isə 50 – 70 % – də hiperaktiv sidik kisəsi əlamətləri aşkarlanır.

Hətta prostat vəzin adenomasından əməliyyat olunanlarda da hiperaktiv sidik kisə əlamətləri 30 % – ə qədər hallarda qalmaqdadır. Prostat vəzin adenoması əməliyyat olunduqdan sonra həm xəstəni həm də həkimi qane etmiyən nəticələr təqribən 10 – 15 % təşkil edir. Ən çox rast gəlinən əlamət gecə və gündüz müşahidə olunan tez – tez sidik ifrazıdır. Xüsusilə qəfildən yaranan sidik ifrazına çağırışın olmasıdır.

Prostat adenoması əməliyyatından sonra müşahidə edilən bu əlamətlər həmin xəstələrdə hiperaktiv sidik kisə ilə əlaqədardır. Məhz sidik ifrazının xüsusiyyətlərini öyrənən mütəxəsislər tərəfindən belə nəticəyə gəlinib. Bu zaman sidik kisə dolmamış, hətta cüzi sidik toplandıqda kisə əzələləri yığılaraq sidiyi xaric etmək istəyir. Çağırış çağırış qəfildən yaranır, adətən saxlamaq da çox çətin olur. Hətta bir sıra hallarda sidik qaçırma ilə müşahidə edilir.

Prostat adenoması müalicə. Prostat adenoması ilə əlaqədar sidik ifrazında yaranan dəyişikliklər aşağıdakılardır :

Sidik şırnağının, təzyiqinin zəifləməsi. Xəstənin sözlərinə görə sidik ifraz etmək üçün əlavə güc sərf edir. Qarının ön divar əzələlərini bərk sıxır, gərginləşdirir. Sidik ifrazına çağırışla əlaqədar ayaqyoluna qaçmasına baxmayaraq ayaqyolunda sidik ifrazı üçün bir müddət gözləməli olur. Hətta bəzi xəstələr deyir ki, bir neçə dəfə oturub qalxdıqdan sonra sidiyə çıxa bilir, yaxud nisbətən rahat çıxır. Bu zaman sidik şırnağı çıx zəif olur, az qalır ki, xəstənin ayağına tökülsün.

Gecələr bir dəfədən artıq sidik ifrazına durmaq. Bu əsasən sidik kisənin tam boşalmaması səbəbindən olur. Əvvəlki sidik ifrazı zamanı sidik kisə tam boşalmadığı üçün kisədə müəyyən miqdarda sidik qalır. Müvafiq olaraq da sidik kisənin növbəti dəfə dolması daha qısa zamanda baş verir.

Məsələn sidik kisədə 150 ml qalıq sidik qalırsa, kisənin tutumunun təqribi 300 ml olmasını nəzərə alaraq kisə iki dəfə daha tez dolacaq. Nəticədə sidik ifrazına çağırış, yaxud sidik ifrazının tezliyi iki dəfə artacaq. ( Hiper aktiv sidik kisə zamanı isə  sidik ifrazına çağırış sidik kisəsi tam dolmamış yaranır ). Ona görə də burada xəstə ilə aparılan söhbətin çox ciddi əhəmiyyəti var. Əgər prostat adenoması böyük olan pasientdə aşağıdakı simptomlarla yanaşı qəfildən yaranan sidik ifrazına çağırış varsa bu hiperaktiv sidik kisədir. Xüsusən də əgər xəstədə sidik şırnağında ciddi zəifıləmə və qalıq sidik yoxdursa. Bu halda hiperaktiv sidik kisəni müalicə etdikdə xəstənin gecələr durması azalır. Yaxud ümumiyyətlə durmur gecələr.

Prostat adenoması müalicə. Prostat adenoması və hiperaktiv sidik kisəni səhv salma !

Adenoma ilə müraciət edən xəstələrin urodinamik müayinələrinin nəticələri də onu deməyə əsas verir ki, bu iki xəstəlik əksər hallarda yanaşı olur. Bu isə həkimdən çox ciddi bilik, bacarıq, klinik təcrübə və klinik manevr tələb edir. Çünki xəstədə prostat adenoması əməliyyatına göstərişin olub – olmamasını dəqiq müəyyənləşdirsin ki, əməliyyatdan sonra xəstədə eyni əlamətlər qalmasın. Həmçinin əməliyyatdan sonra xəstə və həkim arasında hər hansı bir anlaşılmazlığın olmaması üçün əməliyyat öncəsi xəstə və yaxınları tam məlumatlandırılmalıdır. Hətta çox uğurla icra edilmiş prostat adenoması əməlyyatından sonra da tezləşmiş sidik ifrazı, gecələr sidiyə durma və qəfil yaranan sidik ifrazına çağırış və.s saxlanıla bilir.

Prostat adenoması əməliyyatından sonra gecələr sidik ifrazına durmanın əsas səbəbi hiperaktiv sidik kisə ilə əlaqədardır.

Prostat adenoması ilə əlaqədar sidik kanalının prostatdan keçən hissəsi daralır və sidik ifrazına mane olur. Bu zaman sidik kisə əzələləri sidiyi xaric etməkdə çətinlik çəkir, daha çox yığılır. Sonda isə zəifləyir, haldan düşür, onların innervasiyası, qidalanması pozulur. Nəticədə normal yığılma qabiliyyətini itirir və qeyri – ixtiyari olaraq qeyri – stabil şəkildə yığılır. Bu qeyri – stabillik isə bir çox halarda adenoma əməliyyatından sonra da saxlanıır.

Qarının aşağısında, xayalıqda, sidik kanalı boyunca küt, bəzən sancışəkilli ağrı, diskomfort hissinin olması çox xəstələr üçün xarakterdir.

Bi sıra hallarda sidikdə qan olması mümkündür. Sidik kisədə daş olması da rast gəlinən hallardandır. Çünki, adenoma zamanı sidik kisədə qalıq sidik qalır. Bu da öz növbəsində kisədə daş yaranmaya gətirib çıxardır. Sidik kisədə daşla əlaqədar ətraflı məlumat androloq.az saytımızda aşağıdakı linkdə  https://androloq.az/uslugi/sidik-kis-daslari/

Əlamətlərindən göründüyü kimi hiperaktiv sidik kisəsi zamanı qalıq sidik olmur. Sidik şırnağı zəif ola bilir, ona görə kisi sidik kisə tam dolmamış sidik ifrazına çağırış gəlir. Az sidiklə çağırış olduğu üçün bəzən xəstələr sidik şırnağının zəifləməsindən də şikayət edirlər.

Yekun :

Bildiyimiz kimi prostat vəzin adenoması 45 – 50 yaşdan yuxarı kişilər üçün xarakterdir. Hiperaktiv sidik kisə isə bütün yaşlarda rast gəlinə bilən haldır. Əgər bizə müraciət edən pasientin əsas şikayəti gecələr tez – tez sidik ifrazına durmaqdan, gündüzlər tezləşmiş sidik ifrazındandırsa aşağıdakı bir neçə xəstəliyi fərqləndirmək zərurəti yaranır.

Prostat adenoması müalicə, hiperaktiv sidik kisə, uroloq Ziyad Əliyev

Kişilərdə – prostat adenoması, prostatit, sidik kanalının daralması, hiperaktiv sidik kisəsi. Yaxud da bunların bir neçəsinin müxtəlif kombinasiyada olması mümkündür. Dəfələrlə bizim təcrübəmizdə olub ki, eyni xəstədə prostat adenoması, sidik kanalının daralması, prostatit, hiperaktiv sidik kisəsi müəyyənləşdirmişik.

Qadınlarda isə hiperaktiv sidik kisə, sidik kisənin iltihabı ( sistit ), sidik kisənin leykoplagiyası, çanaq orqanlarından hər hansı birinin ( məsələn sidik kisənin) yaxud bir neçəsinin ( sidik kisə və düz bağırsaq yaxud sidik kisə və uaşaqlıq ) eyni vaxtda sallanması ( prolaps ) ilə fərqləndirmək lazımdır. Həm qadınlarda həm də kişilərdə xəstəliyi fərqləndirmək üçün xəstənin yaşına ciddi önəm verilməlidir. Bu xəstəliklərin hər birinin məxsusi və ümumi əlamətləri vardır. Təcrübəli həkim uroloq üçün bu çətin deyildir.

Anamnez məlumatları prostat adenoması ilə müraciət edən xəstələrdə çox vacibdir.

Əgər müraciət edən kişi xəstənin yaşı 50 – nin üzərindədirsə ən çox ehtimal olunan diaqnoz prostat adenomasıdır. Yaşı 50 – dən aşağıdırsa ən çox ehtimal olunan diaqnoz sidik kanalının daralmasıdır. Bəzən uzun illər prostatdan müalicə alıram deyən xəstə ilə söhbətin ilk cümləsindən məlum olur ki, bunun problemi prostat yox, hiperaktiv sidik kisədir.

Prostat adenoması müalicə, hiperaktiv sidik kisə, uroloq Ziyad Əliyev

Ona görə də prostat adenoması aşkarlanan xəstənin müalicəsində nəzərə almaq lazımdır ki, hiperaktiv sidik kisəsi heç də həmişə parostat adenomasının nəticəsi deyil. Ayrıca xəstəlik kimi də mövcud ola bilir. Belə olduğu halda dərman müalicəsində mütləq hiperaktiv sidik kisə nəzərə alınmalıdır. Məhz belə peşəkar yanaşma ilə biz öz xəstələrimizi uğurla müalicə edib onların həyat keyfiyyətinin yaxşılaşmasına çalışırıq.

Bütün digər hallarda olduğu kimi, hər bir yaxşı həkimin klinik bilik və bacarıqlarıyla yanaşı koordinəolunmuş bir məntiqi, yanaşması və kliniki manevr qabiliyyəti olmalıdır ki, xəstə sağalsın.

Vatınızı ayırıb oxuduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda yazmaqla qurtarmaz, sizin vaxtınızı çox almaq istəmədik. Hörmətli pasientlərim, siz sağalanda mən çox xoşbəxt oluram.

Uroloq – androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda .