Həkim uroloq-androloq ZİYAD ƏLİYEV

  • az

(050) 571 49 51 (055) 571 49 51

Prostat vəzi

Prostat vəzi nədir ?

Prostat vəzi, prostatit müalicəsi, prostat adenoması, uroloq, androloq Dr Ziyad Aliyev Bakıda

prostatvezi.az

10 ildən artıqdır ki, həkim uroloq – androloq olaraq prostat vəzi xəstəliklərinin müalicəsi və xəstələrin reabilitasiyası ilə məşğulam. Ən müxtəlif şikayətlərlə müraciət edən prostat xəstələri görmüşəm. ( prostat vəzi )

Prostat vəzi yalnız kişilərə məxsus orqandır. Buna baxmayaraq həm qadınlar həm də kişilər bu orqan haqqında çox eşidiblər.

Əgər siz kişisinizsə deməli sizin bəxtiniz gətirib və sizin prostat vəziniz var. Bir – iki istisnanı çıxmaq şərtilə prostat vəzi kişi üçün cinsi orqan qədər xarakter bir orqandır. ( Əgər sizin prostat vəzinizi əməliyyat edib götürüblərsə yaxud hər hansı genetik xəstəliklə əlaqədar inkişafdan qalıbsa ). Sadəcə olaraq insan cinsi orqanı hər gün görür, əlbəttə ki, yekə qarnı mane olmursa. Prostat isə görünmür, daxildədir. Lakin vəzidə hər hansı problem yarandıqda nəinki xəstə özü, bunu hətta ətrafdakılar hiss edir. Prostat vəzin xəstəlikləri həm sidik ifrazında, həm də cinsi sferada dəyişikliklərlə müşahidə edilir.

Əgər kişidə prostatit varsa gec ya tez cinsi zəiflik yaranacaq. Əgər prostatın adenoması varsa gecələr bir neçə dəfə sidik ifrazına duracaq. Beləliklə kişinin həyat yoldaşı hər iki halı görə və hiss edə bilir. Yəni gecə bir neçə dəfə sidik ifrazına durur, həm də cinsi zəifliyi var. Ona gərə də bir çox kişilərin bizə müraciət etməsinin əsas səbəbkarı həyat yoldaşlarıdır. Belə ki, prostatın xəstəlikləri həm çox geniş yayılıb, həm də müalicəyə çox çətinliklə tabe olur. Başqa bir tərəfdən də insanlar vaxtlı – vaxtında həkim uroloqa müraciət etmirlər. Əsasən gecikmiş, fəsadlaşmış formada müraciət edirlər. Məhz bu səbəblərə görə kifayət qədər məşhur, populyar orqandır. Ona görə də daha asan və anlaşılan dildə olmaq şərtilə nisbətən geniş məlumat yerləşdirməyi qərarlaşdırdım.

 

Prostat vəzi ilə əlaqədar xəstə həkim qəbulunda.

Çox geniş informasiya məkanında yaşayırıq. Hər bir insanın istənilən xəstəlik və ya sağlamlığı ilə əlaqədar hər hansı bir məlumatı asanlıqla əldə etmək imkanı vardır.

uroloq, androloq Dr Ziyad Aliyev Bakıda

prostatvezi.az

Tibb təhsili olmayan insan üçün bol informasiya məkanında düzgün informasiya tapmaq çətindir. İstər televiziya, radio, istərsə də internet vasitəsilə heç də həmişə həqiqəti əks elətdirməyən məlumatlar yayılır, yazılır. Yanlış və reklam xarakterli məlumatlarla dolu olan bir aləmdə daha düzgününü, daha doğru olanını seçmək asan deyil. Məhz prostat vəzi xəstəliklərinin və cinsi sağlamlığın aktuallığı bu mövzunu daha populyar etmişdir. Hətta o qədər populyar etmişdir ki, bir sıra hallarda ümumiyyətlə prostatın nə olduğunu, nəyə xidmət etdiyini bilməyən insan prostatdan danışır. Məsələn, mənim prostatım var, prostatım ağrıyir, prostatım böyüyüb, şişib, genişlənib və.s deyib həkimə müraciət edir. Təcrübəli həkim isə bunları, xəstə öz şikayətləri barəsində danışarkən dərhal hiss edir. Xüsusən də bəzi tibb terminlərindən və xəstəlik haqqında qismən də olsa məlumatlı olmasını göstərməyə çalışarkən.

Məsələn:

Prostat vəzi, prostatit müalicəsi, prostat adenoması, uroloq, androloq Dr Ziyad Aliyev Bakıda

prostatvezi.az

Pasientdən soruşduqda nə şikayətiniz var ? Sizi nə narahat edir ? – Məndə prostat var, yaxud mənim prostatım var deyə cavab verir. Hətta pasientlərin böyük bir qisminin prostat dedikdə xayaları nəzərdə tutduğunu da müşahidə edirik. Belə ki, prostatım genişlənib, prostatımda ağrı var deyən pasintlərdən ağrının harada olduğunu soruşanda bəzən xayalarını göstərir. Nəzərə alsaq ki, bütün digər orqanlar kimi ( böyrəklər, qara ciyər, xayalar və s. ) bu vəzi də hər bir kişidə olur.  Vəzi  xayalarla sıx əlaqəli şəkildə işləyərək həm spermanın ( eyakulyatın ) formalaşmasında, həm də kişi cinsi əlamətlərinin formalaşması prosesində iştirak edir.

 

Prostat vəzi haqqında anatomik bilgi.

Prostat vəzi forması : Şabalıd formasında vəzidir. Daha dəqiq desək müxtəlif yaşlarda zirvəsi aşağıya, əsası isə yuxarıya yönəlmiş kümbəzi, yaxud konusu xatırladır. Çanağın dibində, sidik kanalının başlanğıc hissəsi mərkəzindən keçməklə sidik kisəsinin altında, düz bağırsağın önündə yerləşir. Həcmi təqribən 20 – 22 sm3 olan vəzli – əzələvi orqandır.

uroloq, androloq Dr Ziyad Aliyev Bakıda

prostatvezi.az

Həmçinin hər iki ( sağ və sol ) toxum kisəciyinin axacağı ayrı – ayrılıqda vəzin arxa səthindən daxil olaraq vəzin daxilində sağ və sol toxumdaşıyıcı axacaqla birləşərək iki ümumi axacaq şəklində sidik kanalının prostat vəzidən kecən hissəsinin arxa divarına açılır. Daha doğrusu sidik kanalının prostat vəzidən keçən hissəsinin təqribən mərkəzində, arxa divarda toxum qabarı ( verumontanum ) adlanan təpəcik var. Hər iki toxum daşıyıcı axacaq toxum kisəciyinin axacağı ilə birləşdikdən sonra ümumi bir axacaq şəklində toxum qabarının zirvəsinə açılır.

Prostat vəzi cavan yaşlarda konusabənzər formada olduğu halda yaş artdıqca daha çox kümbəzəbənzər şəkil alır və bir çox hallarda həcmi böyüyür. Bu orqanın böyüməsinə müxtəlif yaş qruplarında rast gəlinir. Hiperplaziya yaxud adenoma adlanan bu böyümə prosesi daha çox 50 yaşdan yuxarı kişilər üçün xarakterdir. Vəzin adenoması 50 yaşdan yuxarı kişilərin təqribən 50 % – də aşkarlanır.

 

Prostat vəzi, prostatit müalicəsi, prostat adenoması, uroloq, androloq Dr Ziyad Aliyev Bakıda

prostatvezi.az

 

 

 

Prostat vəzi funksiyaları:

Orqanizmində sidik ifrazının tənzimlənməsi

Sidik ifrazı zamanı prostat vəzin əzələləri boşalaraq sidik kisəsinin boynunu və sidik kanalının sidik kisəsindən çıxan başlanğıc hissəsini genişləndirməklə sidik kanalı daxili müqaviməti azaldır. Nəticədə isə sidik kisə əzələləri yığılaraq daxilindəki sidiyi asanlıqla xaicə qovur.

Əgər prostat vəzinin sidik ifrazında iştirakı pozularsa aşağıdakı əlamətlərlə özünü göstərər :

  • Sidik saxlamazlıq.
  • Sidik ifrazının çətinləşməsi.
  • Tez – tez sidik ifrazına çağırış.
  • Sidik ifrazının mümkün olmaması.
  • Sidiyin şırnağının zəifləməsi yaxud təzyiqinin zəifləməsi.
  • Gecələr sidik ifrazına durmaq.
  • Sidik kisəsinin tam boşalmaması.

Qarının aşağısında daimi xarakterli küt ağrılar, diskomfort, ağırlıq hissi. Soyuq havalarda bu ağrı və diskomfort hissi də artır. Bəzən ağrı cinsi orqan boyunca, cinsi orqanın baş hissəsinə ötürülür.

 

Prostat vəzi sperm ( toxum ) mayesinin tərkibinin formalaşmasında iştirak edir.

Məlum olmuşdur ki, eyakulyasiya zamanı xaricə çıxan toxum mayesinin tərkibinin təqribən 40 % – i prostat vəzin şirəsi hesabına formalaşır. Məhz prostat vəzin şirəsinin unikal tərkibi hesabına sermatozoidlər qadın cinsiyyət yollarına düşərkən xarici faktorların təsirinə daha dözümlü olur. Ona görə də yaşamaq qabiliyyətini daha uzun müddətə saxlayır. Toxum mayesinin ( spermanın ) tərkibinin formalaşması, onun qidalı maddələrlə zənginləşməsi, turşu – qələvi mühitinin ( ph – ın ) tənzimlənməsi üçün prostat şirəsi çox vacibdir. Sağlam prostat şirəsinin toxum mayesinə qarışması spermatozoidlərin qadın cinsiyyət yollarında daha uzun müddət yaşamasına şərait yaradır.

Toxum mayesi dedikdə eyakulyasiya zamanı xayalardan çıxan spermatozoid kütləsi baaşa düşülür  Belə ki, spermatozoidlərin uşaqlıq yolunda hərəkəti asanlaşır və yumurtahüceyrə ilə görüşənə qədərki mərhələ daha mükəmməl təşkil olunur. Bütün bu prosesləri tənzimləmək üçün prostat vəzi sağlam olmalıdır. Yalnız bu halda hazırlanan şirə lazımi kompanentlərlə zəngin olur. Prostat şirəsinin tərkibində poliaminlər ( spermin, spermidin ), limon turşusu, sial turşusu, prostaqlandinlər, sink, selen, fermentlər, müxtəlif zülallar vardır. Eyakulyatın təqribən 35 – 40 % – ni prostat vəz şirəsi formalaşdırır. Şirənin hazırlanması fasiləsiz bir prosesdir. Onun toxum mayesinə qarışaraq xaric olması isə normal halda cinsi əlaqə zamanı eyakulyasiya ( boşalma ) anında olur.

 

Prostat vəzi kişinin cinsi sağlamlığıda nə kimi rol oynayır?

Xayalarda hazırlanan və əsas kişi cinsiyyət hormonu testosteron, məhz vəzin hüceyrələrində daha yüksək androgen effektli bioloji aktiv madde olan dehidrodestosterona çevrilir. Belə ki, məhz prostatın toxumasında hazırlanan 5 alfa reduktaza adlanan fermentin hesabına testosteron hormonu dehidrotestosterona çevrilir. Beləliklə də prostat vəzi kişinin cinsi statusunun, fəallığının idarə olunmasında, ikincili cinsi əlamətlərin formalaşmasında mühüm rol oynayır. Kişinin həm daxilən, həm də ailədə və cemiyyətdə özünü kişi olaraq hiss etməsi, kişi statusunun, kişi nüfuzunun nümayişi və təsdiqi üçün vacib olan bir orqandır.

Prostat vəzi, vəzili – əzələvi orqandır və xüsusi kapsula daxilində yerləşir. Vəzili – əzələli  o deməkdir ki, orqanın toxumasının bir hissəsini əzələvi hissə, digər hissəsini isə vəzili hissə təşkil edir. Vəzili hissəsi prostat şirəsinin hazırlanmasını həyata keçirir. Əzələvi hissəsi isə hazırlanmış şirənin eyakulyasiya ( boşalma ) zamanı  xaricə qovulmasını həyata keçirir. Eyakulyatın ( spermanın ) xaric olması zamanı hansı yollardan keçməsini şəkildən aydın görmək olur. Göründüyü kimi spürm kütləsi xayalarda əmələ gəlir. Cinsi əlaqə zamanı toxumdaşıyıcı axacaqla axaraq prostat vəzinin daxilində toxum kisəciyinin möhtəviyatı ilə qarışır. Eyni zamanda bura prostat şirəsi də qarışır. Beləliklə mürəkkəb sperma ( eyakulyat ) şəklində xaric olur.

 

Prostat vəzi, prostatit müalicəsi, prostat adenoması, uroloq, androloq Dr Ziyad Aliyev Bakıda

prostatvezi.az

 

 

Müxtəlif səbəblərdən ( prostat vəzin iltihabı xəstəliklərində, postat adenoması, kista olduqda, müxtəlif kimyəvi maddələrlə, ağr metallar və onların birləşmələri ilə kəskin və ya xroniki zəhərlənmələrdə, ağır infeksion xəstəliklər, qan xəstəlikləri, şiş xəstəlikləri, şəkərli diabet,  sinir sistemi xəstəliklərində, müxtəlif travmalar zamanı və.s ) bu proseslər ya ümumilikdə yaxud ayrı – ayrılıqda ( izolə olunmuş şəkildə ) pozulur. Bu isə kankret şikayətlərlə özünü biruzə verir. Prostatın xəstəlikləri və insanda yarada biləcək şkayətlərlə əlaqədar digər məqalələrdə daha ətraflı oxuya bilərsiniz.

 

Diqqət !

 

Yuxarıda sadalanan proseslərin tənzimi, sperm kütləsinin tərkibinin formalaşmasında zəruri bütün kompanentlərin mövcudluğu və bununla da sonsuzluq, cinsi zəiflik və.s kimi problemlərlə üzləşmə ehtimalınız sağlamlığından çox asılıdır.

 

Prostat vəzinin üç əsas xəstəliyi daha geniş yayılmışdır :

 

  1. Xroniki prostatit: Ətraflı məlumat : https://prostatvezi.az/az/uslugi/xroniki-prostatit/

 

  1. Vəzin adenoması ( yaxud xoşxassəli hiperplaziyası ): Ətraflı məlumat :  https://prostatvezi.az/az/uslugi/prostat-adenomasi/

 

  1. Prostat vəzin xərçəngi.

 

 

 

Prostat vəzi ilə əlaqədar və ümumiyyətlə fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda :

 

https://androloq.az

https://varikosele.az

https://boyrekdasi.az

https://prostatvezi.az

 

QƏBULA YAZIL

Sosial şəbəkələrdə paylaş