Həkim uroloq-androloq ZİYAD ƏLİYEV

  • az

(050) 571 49 51 (055) 571 49 51

Prostat vəzin kistası.

 Prostat kistası.

prostat vəzin kistası

prostatvezi.az

Digər orqan və toxumalarda olduğu kimi prostat vəzidə də kista ola bilir. Kista dedikdə içərisi maye ilə dolu, divarları olan boşluq nəzərdə tutulur. Kistalar daha çox 50 – 55 yaşdan yuxarı olan kişilərdə rast gəlinir, lakin cavan kişilərdə və yeniyetmə oğlan uşaqlarında da olur. Ümumilikdə isə kişilərin təqribən 8 – 12 % – də prostat vəzin kistalarına rast gəlinir. ( prostat vəzin kistası )

 

Prostat vəzin kistası. Səbəbləri.

 

Anadangəlmə və sonradan qazanılma olmaqla kistalar iki qrupa bölünür.

Anadangəlmə kistalar. Bu prostat vəzi kistalarının təqribən 8 – 10 % – ni təşkil edir. Adətən digər cinsiyyət orqanlarının anomaliyaları ilə yanaşı olur və istənilən yaşda aşkarlana bilir.

Bunlara aiddir :

  • Kriptorxizm – xayanın xayalığa enməməsi.
  • Monorxizm – anadangəlmə bir xaya ilə doğulmaq.
  • Toxum kisəciklərinin birləşməsi.
  • Bir və ya hər iki toxum kisəciyinin ikiləşməsi.
  • İnfantil cinsiyyət orqanı.
  • İidik kanalının anomaliyaları – hipospadiya, epispadiy.

Anadangəlmə kistalar adətən tək olmur, bir neçə ədəd olur. Kistaların ölçüsü bir neçə millimetrdən 3 – 4 sm – ə qədər ola bilir.

Qazanılma kistalar ən çox kimlərdə yaranır ?

  • Prostat vəzin iltihabının müalicəsi vaxtında aparılmadıqda yaxud düzgün aparılmadıqda.
  • Prostat vəzini düz bağırsaqdan düzgün masaj etmədikdə.
  • Requlyar cinsi həyat yaşamadıqda.
  • Aralıq nahiyyənin travmalarından sonra.
  • Həmçinin bir sıra hallarda prostat vəzidə yaranan kalsinatlar, fibroz dəyişikliklər ( çapıqlaşma ), prostat vəzin daşları prostat vəzin axacaqlarının tutulmasına səbəb ola bilir. Nəticədə də axacaqlar genişlənir və kista formasını alır.

 

Prostat kistasının əlamətləri.

Prostat vəzin kistası müəyyən klinik əlamətlərlə özünü göstərir. Əlamətlər kistanın ölçülərindən, yerləşməsindən, iltihablaşmasından asılıdır. Əgər kista bir neçə millimetr və ya bir sm – ə qədərdirsə adətən əlamətsiz keçir. Yaxud çox zəif klinik əlamətlərlə müşaiyət olunur. Bir sm və daha böyük ölçülü kistalar isə aşağıdakı əlamətlərlə müşahidə oluna bilər. Prostat vəzin kistasının yalız özünə məxsus olan əlaməti demək olar ki, yoxdur. Əsasən prostat vəzin və sidik kisəsinin iltihabı və digər xəstəliklərində müşahidə olunan əlamətlər şəklində təzahür edir. Bunlara aşağı sidik yolları əlamətləri deyilir.

prostat vəzidə kista

prostatvezi.az

 

  • Tez – tez və ağrılı sidik ifrazının olması, gecələr bir neçə dəfə sidik ifrazına durmaq, sidik kisəsinin tam boşalmaması hissiyyatı, qalıq sidiyin qalması.

 

  • Aralıq nahiyyəsində, qarının aşağısında, düz bağırsaq ətrafında, onurğanın büzdüm ( oturaq ) hissəsində, hər iki tərəfdə qasıq nahiyyəsində müxtəlif intensivlikli küt ağrı, diskomfortun olması.

 

 

 

  • Az hallarda sperm kütləsində ( eyakulyatda ) qan ola bilər.

 

  • Spermaqramma göstəricilərinin aşağı olması.

https://androloq.az/uslugi/spermaqramma-n-dir-sperma-faizi/

https://androloq.az/uslugi/sperma-analizi-sperma-faizi-sperma-muayin-si/

 

 

Prostatda kista necə aşkarlanır. Müayinə.

prostat vəzin kistası

prostatvezi.az

Prostat kistalarının əlamətləri prostat vəzin digər xəstəliklərinin əlamətləri ilə çox vaxt üst – üstə düşür. Ona görə də təkcə xəstənin şikayətlərinə əsasən prostat kistasının olub – olmamasını müəyyənləşdirmək olmur. Prostat vəzin kistalarını aşkarlamaq üçün ən çox istifadə olunan müayinə metodu ultrasəs müayinəsidir ( USM ). Həmçinin komputer tomoqrafiya ( kt ), maqnit rezonans tomoqrafiyadan ( mrt ) da istifadə olunur.

 

Prostat kistası müalicəsi.

Müalicə taktikası əsasən kistanın ölçüsündən asılıdır. Həmçinin xəstənin şikayətlərindən, kistanın iltihablaşmasından  aslıdır. Əgər kista təsadüfən aşkarlanıbsa və xəstəyə heç bir şikayət vermirsə, ölçüsü 1 – 1,5 sm – i keçmirsə vaxtaşırı müayinə məsləhətdir. Vaxtaşırı dedikdə ildə iki dəfə usm müayinəsi və həkim uroloqun baxışı. Yəni, xəstə nəzarətə götürülür və ildə iki – üç dəfə usm – də kistanın ölçüsünün manitorinqi aparılır. Həmçinin lazımi məsləhətlər verilir, dərman preparatları yazılır. Əgər xəstənin yaşı 40 – dan çoxdursa PSA müayinəsi olduqca vacibdir ən azı ildə bir dəfə. PSA haqqında ətraflı məlumat : https://androloq.az/uslugi/psa/  . Yaxşı halda ildə iki dəfə. PSA dedikdə Prostat Spesifik Antigen nəzərdə tutulur.

Əgər kistanın ölçüsü böyükdürsə, sidik ifrazında disokomfort, ağrı yaradırsa TUR əməliyyatı aparıla bilər. Bu əməliyyat sidik kanalından keçməklə, tam qapalı üsulla, dəridə heç bir kəsik aparılmadan olunur. Buna Trans Uretral Rezeksiya, qısaca ( TUR ) əməliyyatı deyilir. TUR əməliyyatı haqqında ətraflı məlumat linkdə : https://androloq.az/uslugi/prostat-vezin-lazerle-qapali-emeliyyati-plazmakinetik-tur/  . Bununla da kistanın ətraf toxumalara, sinirlərə,sidik kanalına, toxum qabarına kompressiyası aradan qalxır.

 

prostat vəzin kistası

prostatvezi.az

Kista olduqda prostat masajı əks göstərişdir, yəni bunu etmək olmaz.

 

Kistanın ölçüsü və yerləşməsi.

 

Belə ki, kistanın yerləşməsindən asıl olaraq müxtəlif şikayətlər yarana bilər. Əgər toxum qabarı sıxılarsa eyakulyasiya ( boşalma ) zamanı ağrı ola bilər. Həmçinin xaric olan spermanın miqdarı azala bilər. Çünki, toxum daşıyıcı axacaq prostat vəzidən keçərək sidik kanalına açılır. Əgər prostatdan keçən hissəsi kista ilə sıxılarsa spermanın xaric olması çətinləşər. Yaxud sperma az miqdarda xaric olar. Əgər böyük ölçüdə kista olarsa sidik ifrazını çətinləşdirir. Sidik ifrazı narahat olur, sidik kisə tam boşalmır. Sidik ifrazından sonra kisədə sidik qalır. Buna qalıq sidik deyilir. Bu şikayətlərin bir hissəsi kistanın özünə məxssusdur. Yəni öz ölçüsü hesabına ətraf toxumaları kompressiya edir, sıxır, onların qan dövranını pozur. Qan dövranını pozmaqla prostatda iltihab yarada bilir. Beləliklə prostatit yaranır. Yuxarıda sadalanan əlamətlər birbaşa kistanın özü ilə əlaqədar ola bilər. Həmçinin onun yaratdığı prostatitlə də.

Əlbəttə ki, demək çətindir prostatit birinci yaranıb yaxud kista. Amma məlum olan odur ki, kista aşkarlanan prostatlarda demək olar ki, həmişə prostatit var. Prostatit olanlarda isə həmişə kista yoxdur. Qeyd etmək yerinə düşər ki, prostat abseslərinin və daşlarının əsas səbəbi məhz  kistalardır. Ona görə də prostat kistaları xroniki prostatitin sağalmasını ləngidir, daima iltihabı prosesin yaranması üçün zəmin yaradır. Beləliklə də prostat vəzi tez – tez iltihablaşır, cinsi sferada dəyişikliklər yaranır, sperm göstəriciləri zəifləyir. Belə prostatit müalicəyə çətin tabe olur.  Başqa bir halda isə daima prostat vəzidə iltihabı prosesə şərait yaradmaqla xroniki prostatitin əlamətlərini qabardır. Bəzən isə kista infeksiyalaşır, irinləyir və bu halda isə cərrahi müdaxiləyə ehtiyac duyulur. Aralıq nahiyyədən yaxud düz bağırsaqdan girməklə kistanın möhtəviyyatı  ( irin kütləsi ) boşaldılır.

 

Profilaktikası.

Prostatınızda kistanın yaranmasını istəmirsizsə aşağıdakı şərtlərə əməl etmək lazımdır.

– sidik kisəsi dolu oluqda ağır fiziki iş görməmək

– sidik kisəsini vaxtı-vaxtında boşaltmaq, yəni uzun müddət dolu vəziyətdə saxlamamaq

– travmadan, soyuqdan qorumaq, nəm və soyuq yerlərdə oturmamaq

– alkoqol və tünd kofedən mümkün qədər az istifadə etmək

– requlyar cinsi həyat yaşamaq

– cinsi yolla yoluxan xəstəliklərə yoluxmamaq və.s.

Prostat vəzi ilə əlaqədar hər hansı bir diskomfort yaxud şikayət olduqda vaxtında həkim uroloq – androloqa müraciət etmək lazımdır. Ümumiyyətlə isə 40 yaşa qədər ildə bir dəfə, 40 yaşdan sonra ildə iki dəfə profilaktik müayinədən keçmək məsləhətdir.

Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda.

 

https://prostatvezi.az/

https://androloq.az

https://boyrekdasi.az/

https://varikosele.az

QƏBULA YAZIL

Sosial şəbəkələrdə paylaş