Uroloq – androloq Ziyad Əliyev: Sizin sağalmağınız bizim işimizdir.

Uroloq – androloq Ziyad Əliyev : Əgər siz kişisinizsə deməli sizin bəxtiniz gətirib və sizin prostat vəziniz var. Bir – iki istisnanı çıxmaq şərtilə prostat vəzi kişi üçün cinsi orqan qədər xarakter bir orqandır. ( əgər sizin prostat vəzinizi əməliyyat edib götürüblərsə yaxud hər hansı genetik xəstəliklə əlaqədar inkişafdan qalıbsa ). Sadəcə olaraq insan cinsi orqanı hər gün görür, əlbəttə ki, qarın mane olmursa. Prostat isə görünmür, daxildədir. Lakin prostat vəzidə hər hansı problem yarandıqda nəinki xəstə özü, bunu hətta ətrafdakılar hiss edir. Prostat vəzin xəstəlikləri həm sidik ifrazında, həm də cinsi sferada dəyişikliklərlə müşahidə edilir. Prostat vəzi yalnız kişilərə məxsus orqandır. Buna baxmayaraq həm qadınlar həm də kişilər bu orqan haqqında çox eşidiblər. ( uroloq – androloq Ziyad Əliyev ) 

Uroloq – androloq Ziyad Əliyev sizin suallarınızı cavablandırmağa həmişə hazırdır. Prostat vəzi nədir ?

Uroloq – androloq olaraq 10 ildən artıqdır ki, prostat vəzi xəstəliklərinin müalicəsi və xəstələrin reabilitasiyası ilə məşğulam. Ən müxtəlif şikayətlərlə müraciət edən prostat xəstələri görmüşəm.

Müasir andrologiya və urologiya da təbabətin bütün digər sahələri kimi sürətlə inkişaf edir. Xəstəliklərin müasir müalicə metodları və onlardan qorunma yollarını öyrənir.

Prostatvezi.az

uroloq - androloq Ziyad Əliyev

Prostatvezi.az ı yaratmaqda məqsədimiz müasir dünya standartlarını və protokollarını ölkəmizə gətirmək, onları uğurla tətbiq etməkdir. Beləliklə də biz fəaliyyətə başlayandan minlərlə pasientimiz üçün prostat vəzin adenoması və prostatitin dünya standartlarına uyğun müayinə və endoskopik müalicəsi əlçatan olmuşdur. Demək olar ki, prostat əməliyyatlarımız 99 % hallarda tam qapalı aparılır. Yəni bədəndə heç bir kəsik və dəlik olmadan, yalnız sidik kanalından keçməklə icra olunur. Əməliyyatlara baxmaq üçün youtube kanalımıza ( https://www.youtube.com/channel/UClyWiLtHVOkhM1AvvkcmP9w/videos ) keçid edə bilərsiniz. Kanala abunə ola bilərsiniz.

Uroloq – androloq Ziyad Əliyev

Nəzərinizə çatdırım ki, xəstəxanamız və kollektivimiz uroloji – androloji – ginekoloji profildə ixtisaslaşmışdır. Belə ki, yalnız prostat adenoması əməliyyatının dünya standartlarına uyğun olaraq təmin edilməsi məqsədilə klinikamız ən müasir endoskopik avadanlıqlarla təchiz edilmişdir. Prostat vəzin əməliyyatı yuxarıda qeyd edildiyi kimi, sidik kanalından keçməklə tam qapalı üsulla icra edilir. Əməliyyatın adı da buradan götürülmüşdür. ( TUR əməliyyatı – trans uretral rezeksiya ). TUR əməliyyatının aparılması üçün klinikamızda bu metodun 3 növü icra edilir. Monopolyar TUR, bipolyar TUR və plazmokinetik bipolyar TUR. ( uroloq – androloq Ziyad Əliyev )

Həmçinin klinikamızda ən müasir standartlara cavab verən rentgen – uroloji kabinet, böyrək daşlarının paraçalanması üçün kontakt – lazer litotripsiyası, endoskopik, laparoskopik və lazer cərrahiyyəsi üçün zəruri olan hər cür avadanlıqla təchiz olunmuş əməliyyatxana, təcrübəli kollektiv fəaliyyət göstərir. Labarotoriyamız yüksək səviyyədə, hər cür İFA ( immunoferment analiz ), biokimyəvi, PZR ( polimeraz zəncirvari reaksiya ) müayinəsinin aparılması üçün zəruri olan avadanlıqlarla təchiz olunmuşdur.

Bəlkə də dünyanın hər yerində belədir, sağalamlığımızla əlaqədar problem yarandıqda mütləq yaxşı həkim axtarışına çıxırıq. Ona görə də tez qohum – əqrəbədən, dost – tanışdan, iş yoldaşı, sinif yoldaşından yaxşı həkim soruşuruq .

 

Uroloq – androloq Ziyad Əliyev: Bizim üstünlüyümüz nədir? Bizi seçməyinizin səbəbləri

  1. Peşəkar yanaşma : müasir və az travmatik müalicə metodları ( mikrocərrahiyyə, lazer və endoskopik cərrahiyyə )
  2. Xaricdə ixtisaslaşmış həkim və digər tibb personalımız .
  3. Sizdə yanaşı gedən xəstəliklərin olduğu halda digər sahələrdən olan peşəkar həkimlərimizlə konsilium eləmək imkanımız.
  4. Digər xəstəxanalarda aparılmış uğursuz əməliyyatların xətasının aradan qaldırılması imkanımızın olması.
  5. Endoskopik və laparoskopik əməliyyatların və diaqnostik prosedurların uğurla aparılması üçün lazım olan bütün avadanlıqlar Avropa Uroloqlar Assosiasiyasının standart və tövsiyyələrinə uyğundur. ( Karl Storz – Almaniya istehsalıdır).
  6. Təcrübəli anestezioloq – reanimatoloq komandamız var ki, adi stasionarlarda xəstəyə narkoz verməkdən imtina edildiyi halda bizim komandamız belə ağır yükün altına girib ordan üzü ağ çıxmağı bacarır.
  7. Komfort : xəstələrin yazıldığı vaxta uyğun gecikmədən qəbulu, hər şəraiti olan stasionar və əməliyyatdan sonra xəstələrə xüsusi diqqət.

Uroloq – androloq Ziyad Əliyev : Fəaliyyətimiz haqqında ətraflı məlumat aşağıdakı saytlarda :

https://androloq.az

https://boyrekdasi.az/

https://varikosele.az

https://prostatvezi.az/